Ermənilərə sıcaq münasibət bəsləyən Xədicə İsmayılın ümidləri baş tutmadı
Vaxtilə xarici donorlardan yaxşıca qrant alıb yeyənlər bu gün bir-birlərinə düşmən kəsiliblər. Xaricdən pul alıb, hakimiyyətə qarşı çirkin kampaniyalar aparan bu insanları birləşdirən ancaq aldıqları imiş... Lakin bu gün tam başqa bir vəziyyət yaranıb. Belə ki, hökumətin "qrant əməliyyatı"ndan sonra bir sıra qeyri-hökumət təşkilatlarının iç üzləri və qaranlıq maliyyə mənbələri ortaya çıxdı. Bu isə QHT dəllallarının canınına əməlli-başlı vicvicə salıb. Leyla və Arif Yunusların, Rəsul Cəfərovun həbsi, Emin və Mehman Hüseynovların qeybə çəkildiyi bir vaxtda xaricdən qrant almaq arzusu ilə yaşayan Xədicə İsmayıl kimilər...Sosial şəbəkələrdə və mətbuatda "qrant alverçiləri"nin davasında "Azadlıq" Radiosunun əməkdaşı Xədicə İsmayıl xüsusi aktivliyi ilə seçilir. "Araşdırmaçı" jurnalistin qrant məsələsində nümayiş etdirdiyi həssaslıq və bu məsələ ilə bağlı istənilən statusa, şərhə vaxt itirmədən reaksiya verməsi diqqətdən yanınmır. Sual yaranır: nə üçün?
Həyasızlığın son nümunəsi
Özünün Facebook səhifəsində gündəlik yazdığı statuslar və şərhlər Xədicə İsmayılın nə qədər həyasız və abırsız olduğunu aydın şəkildə göstərir. Onun dövlətə xəyanətdə ittiham edilərək həbs olunan Yunusların bir nömrəli xilasediciləri rolunda çıxış etməsi, heç də "hüquq müdafiəçisi"nin bu qədər ermənipərəstlik sevdası ilə, hətta şovinist, antitürk fəaliyyətinə heyran deyil. X.İsmayıl öz mənafeyi olmadan nəinki Yunusların, heç kimin müdafiəsinə qalxmaz və ən azından buna vaxt sərf etməzdi. Səbəb məhz xaricə çıxan qrant dəhlizinin bağlanması idi. Çünki Leyla Yunus "QHT-şnik"lərə maklerlik edirdi və bu baxımdan da Xədicə kimilərin bazarının qapısı bağlı qalıb.
Leyla Yunusun Xədicəliyi - hər iki amil bənzər olaylardır
Maraqlısı da budur ki, bütün fəaliyyəti dövründə erməni maraqlarını üstün tutan Leyla Yunus bu gün həbsdə olarkən belə, yenə də öz siyasi həyasızlığından geri qalmamaqdadır. Gah Fransa prezidenti Fransua Ollanda məktub yazaraq, əslində Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsini dolayısı ilə etiraf etməsi, Dağlıq Qarabağ münaqişəsində Fransanın Minsk Qrupunun üzvü olaraq, fəaliyyətini tərif etməsi (?!-R.H.), gah bir daha sübut edir ki, Leyla Yunus bu qədər erməniçilik sevdası ilə, hətta şovinist, antitürk fəaliyyətləri ilə seçilən şovinist erməniləri də üstələyir. Leyla Yunusun saysız-hesabsız xəyanətləri o qədər çox mümkündür ki, onları sadalamaqla ayların, illərin ötməsi gərəkdir. Ancaq əgər sabah Xədicə İsmayıl Vətənə xəyanətə görə həbs olunarsa, o, heç də Leyla Yunusdan dalda qalmayacaq. Xüsusilə də, "tərbiyəsi" ilə məşhur olan Xədicə İsmayılı müqayisə etsək, bu müqayisədə yalnız fiziki fərqlərin olduğunu görərik. Lakin onların daxili aləmlərində mövcud olan xəbislik, satqınçılıq, donosçuluq, Vətənə xəyanət, xalqa, millətə nifrət və s. tipli amillər eynilik təşkil edər. Məsələn, Xədicənin Polşanın paytaxtı Varşavada azərbaycanlı hüquq müdafiəçisinin Ermənistanın işğalçılıq siyasəti barədə tənqidi fikirlərlə çıxışı zamanı ona arxasını çevirməsi ilə Leyla Yunusun erməni kəşfiyyatına işləməsi arasında heç bir fərq görünmür.
Digər bir məqam isə hər ikisində vicdan anlayışının olmamasıdır. Çünki Xədicə İsmayılda bircə qırıq da olsa vicdan, şərəf və ləyaqət hissləri mövcud olsaydı, bu günə qədər törətdikləri rüsvayçılıqlar üzündən xalqın arasına çıxmazdı. Lakin çıxır, üstəlik siyasi həyasızlıq nümayiş etdirir. Fəqət, o da sirr deyil ki, bu yolun yolçuları heç də uzağa gedə bilməyiblər. Çünki xalq belələrinin qarşısını dəfələrlə alıb, bundan sonra da alacaq. Xədicə buna yüz faiz əmin olmalıdır, yüz faiz! Görünür, buna əmin olmaq üçün də içindən vicvicəyə düşüb. Ancaq gecdir, çox gec. Bu vicvicə Xədicəni lazım olan yerə qədər izləyəcək.
R.HÜSEYNOVA