PDF Oxu

Müxalifət

  • 32

Sərdar Cəlaloğlu: “Kimlərsə bizimlə eyni masada oturmaya bilər” AÇIQLAMA

Sərdar Cəlaloğlu: “Kimlərsə bizimlə eyni masada oturmaya bilər” AÇIQLAMA

"Mən sadəcə təklif irəli sürdüm ki, müxalifət partiyaları bir yerdə, bir blokda bələdiyyə seçkilərinə qatılsın". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qarşıdan gələn seçkilərə müxalifətin blok halında qatılması təklifinə birmənalı cavab verilməməsinə münasibət billdirərkən deyib.ADP sədri bildirib ki, burada heç bir iflasdan söz gedə bilməz: "Kimlərsə bizimlə eyni masa arxasında oturmaya bilər. Bu, onların şəxsi işləridir. Müsavat Partiyası ilə eyni blokda təmsil olunuram və heç bir problemimiz yoxdur. Bələdiyyə seçkilərinə bir yerdə gedib-getməyəcəyimizi isə zaman göstərəcək. Ölkədəki vəziyyət, siyasi partiyaların mövqeyi dəyişir. Bizim onlara münasibətimiz niyə dəyişməsin ki? Dünənə qədər Müsavat Partiyası Qarabağ blokuna daxil olan partiyalarla əməkdaşlıq etmək istəmirdisə, bu gün artıq bir yerdəyik, əməkdaşlıq edirik".

sia.az

Digər xəbərlər