PDF Oxu

Müxalifət

  • 28

Təəccübləndirməyən qərəzli bəynanatlar

Təəccübləndirməyən qərəzli bəynanatlar

"Human Rights Watch" Leyla Yunusla bağlı növbəti canfəşanlığı

Məlum olduğu kimi, bu günlərdə "Human Rights Watch" Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun müdafiəsi ilə bağlı növbəti bəyanat verib və həmin bəyanatda "hüquq müdafiəçisi"nin həbs müddətinin uzadılması haqqında məhkəmə dinləməsinin gözlənildiyi bildirir.

Ermənidən betər erməni olan "hüquq müdafiəçisi"

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu kiməsə tanıtmağa ehtiyac yoxdur. Ermənidən betər erməni olan Leyla Yunus özü də dəfələrlə etiraf edib ki, azərbaycanlıları görməyə gözü yoxdur. Belə ki, harada Azərbaycanın iqtisadi, sosial, demokratik inkişafına kölgə salan yalan və böhtan səslənirsə orada mütləq Leylanın barmağı, dəs-xətti vardır. Ermənilərin Azərbaycanda pullu nümayəndəsi Leyla Yunusu "ulduz" hesab edən özü kimi xəyanətkarların, dönüklərin, dağıdıcıların seçkilərə hazırlıq ərəfəsində apardıqları anti-Azərbaycan təbliğatı 20 ildən bəri davam edən xain xislətlilərin naqisliyini daha aydın büruzə verdi. Ölkəmizdə aparılan quruculuq işlərinə xələl gətirən yalanları, antimilli əməlləri ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan erməni havadarlarının da fikirləri "hüquq müdafiəçisi"nin böhtanları ilə eynilik təşkil edir. Çünki xarici təşkilatları maddi maraq naminə məlumatlandıran elə Leyla Yunus və ətrafındakılardır. Erməni təfəkkürlü Leyla Yunus açıqlama verdiyi müsahibələrində "mən azərbaycanlı deyiləm" deyə bəyan etməklə düşüncəsinin Azərbaycana qarşı dağıdıcı mövqeyi ilə seçilən Ermənistandakı "İrs" partiyasının sədri Raffi Ovanesyanın "düşüncsi" ilə eynilik təşkil etdiyini sübut edib. "Hüquq müdafiəçisi" adı altında maskalanaraq Azərbaycan dövlətinin ali qanunlarından belə məlumatsız olan "institut rəhbəri" insan hüquq və azadlıqlarının qorunması proseslərindən xəbərsizdir. Belə olmasaydı başa düşərdi ki, seçkilərdə əsas amil seçici etimadı, istəyi və namizədə olan münasibətidir. Buna görə də ölkəmizdə baş verən hadisələri ermənisayaq, düşmən mövqeyindən "təhlil edərək" xarici havadarlarına çatdırır, beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzuna zərbə vuracaq əməlləri ilə ölkəmizə qara yaxmaqda davam edir.

"Leyla Yunus kimi insanlara qarşı bu səviyyədə beynəlxalq təşkilatların reaksiyası ölkədaxili məsələyə müdaxilədir"

"Human Rights Watch" təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli qaralama kampaniyası aparıb və ədalətsiz mövqe tutub. Bəllidir ki, bu təşkilat o zaman bəyanat verir ki, Azərbaycanda hansısa mühüm siyasi hadisə baş verir, siyasi aləmdə canlanma müşahidə edilir. Təəssüf ki, belə bir qurum hansısa siyasi hadisədə özünün bir vasitə kimi istifadə olunmasına imkan verir və məmnuniyyətlə bu prosesdə iştirak edir. Bu günlərdə "Human Rights Watch" Leyla Yunusdan yazmasaydı, əlbəttə ki, təəccüblənərdik. Çünki Leyla Yunusu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Təcavüzkar Ermənistana qarşı loyal münasibət bəsləyən Leyla Yunus guya iki ölkə arasında dostluq münasibətləri qurmaq üçün "xalq diplomatiyası" aparır və bundan da özünümüdafiə üçün istifadə edir. Göründüyü kimi, belə şəxslərdən istifadə eləməklə bəzi beynəlxalq təşkilatlar öz mahiyyətlərini ortaya qoyurlar. Lakin Leyla Yunus kimi insanlara qarşı bu səviyyədə beynəlxalq təşkilatların reaksiyası ölkədaxili məsələyə müdaxilədir. Çünki qondarma hüquq müdafiəçisi Azərbaycanın mövcud qanunvericiliyinə birbaşa, daban-dabana zidd olan, cinayət xarakterli əməllər törədib. Belə olan halda, beynəlxalq təşkilatlar Azərbaycan qanunlarına hörmətsizlik edə bilməz. İkinci bir tərəfdən, bu təşkilatlar 20 ildən artıq işğala məruz qalan ölkənin və bir milyon qaçqının, sərhəd bölgəsində yaşayan və ermənilər tərəfindən öldürülən günahsız mülki insanların hüquqlarını müdafiə etmir. Amma Azərbaycan qanunvericiliyi ilə əməlində hansısa cinayət xarakteri aşkarlanan bir adamın həbsinə belə reaksiya verir. Azərbaycanı sevməyən xarici qüvvələr Azərbaycana nə qədər ziyan vurublarsa, Leyla Yunus onlardan birə-on qat ziyan vurub. O, hər zaman xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ziyan vurmağa çalışıb. Leyla Yunus ölkəmizdə ictimai fəaliyyətə başlayandan onun missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Belə olan halda beynəlxalq təşkilatların qərəzli bəyanatları da təəccübli deyil.

Lakin bu təşkilatlar bilməlidir ki, hamı qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə cavab verməlidir. Çünki Azərbaycan müstəqil ölkədir və bu tipli cılız aksiyalarla onun siyasətini məhdudlaşdırmaq, nüfuzuna xələl gətirmək, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq cəhdləri heç bir praktiki nəticə verməyəcək.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər