Müsavatçıar Müsavata qarşı
Müsavat partiyasında qalmaqal səngimir. Belə ki, Müsavat partiyasının yeni başqanı Arif Hacılının Qubad İbadoğluna və onun tərəfdarlarına qarşı səlib yürüşü davam etməkdədir. Belə ki, Arif Hacılıya yaxın olan Müsavat məclisinin üzvü Osman Kazımov iki gün əvvəl partiya rəhbərliyini heç nədən çəkinmədən partiyada təmizləmə həyata keçirməyə çağırıb: "Partiyanın məclis üzvləri arasında xeyli şəxslər var ki, başqan Arif Hacılını təcili təmizləmələrə başlamağa çağırıblar. Bildiriblər ki, partiyanın nüfuzuna xələl gətirən açıqlamalarla çıxış edən, nizamnamə pozuntusuna yol verən şəxslər barəsində cəza tədbirlərinə start verilməlidir. Cəza tədbiri kimi isə Müsavat üzvlüyündən xaric edilmə tətbiq olunmalıdır".
Doğrudur, ilk günlər, A.Hacılı bu təklif və tələblərə müsbət cavab verməsə də, sonradan təmizləmə işinə başlayacağını bildirib. Müsavat partiyasından verilən məlumata görə, Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov partiyadan kənarlaşdırılıb. M.Muradov özü məsələ ilə bağlı məlumat verərkən bildirib ki, özünün də iştirakı olmadan təmsil olunduğu təşkilatdan çıxarılması haqqında qərar verilib: "Dünən axşam mənim iştirakım olmadan rayon təşkilatının şurasında qərar qəbul olunub. Qurultaya bir ay qalmış Qubad İbadoğlunun tərəfdarlarına olan təzyiqlər pik həddə çatmışdı. Qurultaydan sonra Arif Hacılının başqanlığını və seçkilərin legitimliyini tanımadım". M.Muradov bildirib ki, partiyaya qayıtmaq və yeni qurultayın keçirilməsinə nail olmaq üçün mübarizə aparacaq.
Müsavatda "təmizləmə əməliyyatı" başlandı
Artıq Müsavatda istefalar artdıqca partiyadan istefa verənlər səbrlərinin son həddə çatdığını və bu özbaşınalığa qarşı ciddi tədbirlər görüldüyünü bildiriblər. Müsavat partiyasının sabiq müşaviri Hüseyn Məlik partiyada yaranmış vəziyyətə aydınlıq gətirərkən bildirib ki, istefa verənlər partiya qarşısında piket keçirməyi planlaşdırıblar: "Mən təklif etmişəm ki, Məhəbbət Muradovu müdafiyə etmək üçün Müsavat partiyasının qarşısında etiraz piketi keçirək. Etiraz piketində başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarları da iştirak edəcək. Ümümi razılıq var, müzakirələr gedir. Müsavatçıları fikirlərinə görə cəzalandırmaq olmaz". H.Məlik Məhəbbət Muradovun partiyadan qovulmasının səbəbini izah edərəkən bildirib ki, onu Arif Hacılını tənqid etdiyi üçün qovüblar. Arif bəyi başqan kimi tanımıram.
Müsavat partiyasının üzvü İsmayıl Kəsəmənli də son günlər baş verənlərlə bağlı kəskin etirazını bildirib və qeyd edib ki, artıq yeni qəbul olunmayan başqana qarşı ittihamdolu müraciət qəbul ediblər: "Müsavatda 37-ci il repressiya davam edir. Artıq Osman Kazımovun qara siyahısı reallaşdı. Prosesə start verilib. Dünən Məhəbbət Muradovu partiyadan xaric ediblər. Sabah da yəqin növbədə mənəm. Amma unudurlar ki, bununla haqq bağıran səsimizi boğa bilməyəcəklər. Sizlərin əlinizdə bu səlahiyyət olamadığı üçün başqa cür, partiyadan xaric etmə ilə cəzalandırırsınız! Bu gün partiyada islah olunan birisi olmadığı üçün yekdilliklə partiyadan çıxarılmasına qərar verilib" deyəndə ədalət barədə heç düşünmədinizmi? Heç olmasa, "çıxardığınız" adamı dəvət edərdiniz? Ayıb, özü də böyük ayıb".
Belləiklə, Q.İbadoğlu partiyaya başqanlıq edənin nə qədər ədalətsiz olduğunu görərək, hələlik aqressiv addımların atılmasını istəmir və tam əminliklə bildirir ki, Müsavatda böyük üsyana sayılı günlər qalıb.
Ü.ƏSGƏROV