PDF Oxu

Müxalifət

  • 41

AXCP rəsmsi “Yeni Müsavat” qəzetinə CAVAB VERDİ

AXCP rəsmsi “Yeni Müsavat” qəzetinə CAVAB VERDİ

Fuad Qəhrəmanlı: "Onlarin fikirləri yalnız cəfəngiyyatdır"

"Müsavat görür ki, bizim söylədiyimiz fikirlər gerçəkliyi əks etdirir ona görə də aqresivlik nümayiş etdirirlər". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Yeni Müsavat"-ın saytında onun və sədr Əli Kərimlinin siyasətinə yönəlik sərt məqaləyə münasibət bildirərkən deyib.Sədr müavininin fikrincə, "Yeni Müsavat" və Müsavat Partiyasından fərqli olaraq, "Azadlıq" qəzeti və AXCP rəhbərliyi qarşı tərəfi təhqirlə cavablandırmayıb: "AXCP onları normal şəkildə tənqid edib. Müsavatçılar əks arqumentlər ortaya qoyaraq bu cür fikirlərlə çıxış edirlər. Onların fikirləri yalnız cəfəngiyatdır. AXCP bu gün Azərbaycanın siyasi arenasında hakimiyyətin hədəfində olan bir partiyadır. Bizim mövqeyimiz bəllidir. Yeni Müsavatın hakimiyyətlə iş birliyində olması hər kəsə bəllidir. Buna əlavə şərh vermək düzgün sayılmazdı".Xatırladaq ki, bu gün "Yeni Müsavat"ın saytında dərc olunmuş məqalədə AXCP sədri Əli Kərimliyə və onun müavini Fuad Qəhrəmanlıya qarşı kəskin ifadələr işlədilib və onlar hakimiyyətə işləməkdə ittiham olunublar.

sia.az

Digər xəbərlər