Bu gün Ziyalılar Forumunun üzvü Eldəniz Quliyevin məhkəməsi olub və məhkəmə müvafiq qanunvericilik əsasında ona hökm çıxarıb.Bununla bağlı SİA-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, məhkəmənin hökmünə qarşı çıxmaq Eldəniz Quliyev tərəfindən gözlənilən idi: "Belə ki, o, daima dövlətçilik amillərinə qarşı düşmənçilik mövqeyini sərgiləyib. Eldəniz Quliyev layiq olduğu cəzanı alıb. Onu layiq olduğu yerə - küçə süpürməyə göndərməklə tamamilə doğru qərar çıxarıblar. Amma yaxşı olardı ki, Eldənizi Bakının mərkəzi küçələrini süpürməyə göndərməsinlər. Mərkəzi küçələr onsuzda təmizdir. Zənnimcə, Eldəniz Nardaran qəsəbəsinin küçələrini süpürsə, daha yaxşı olar. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yəni həm qəsəbənin küçələri təmiz olar, həm də Eldəniz İranın özü kimi tör-töküntüləri ilə söhbət etmək imkanı qazanar".Xatırladaq ki, Eldəniz Quliyev bir müddət öncə Azərbaycan polisini təhqir edərək, qarayaxma kampaniyası aparmışdı.
sia.az