PDF Oxu

Müxalifət

  • 35

AXCP rəsmisi “Yeni Müsavat”a "ağıl dərsi" keçdi İTTİHAM

AXCP rəsmisi “Yeni Müsavat”a "ağıl dərsi" keçdi İTTİHAM

Həsən Kərimov: "Neçə illərdir Rauf Arifoğlu qarayaxma ilə məşğuldur"

"Təəssüf hissi ilə qeyd edirəm ki, özünü müxalifət adlandıran "partiyanın" funksioneri və yaxud da "Yeni Müsavat" qəzetinin baş redaktoru belə addımlar atır". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov son günlər Müsavat rəhbərliyinin və "Yeni Müsavat" qəzetinin AXCP rəhbərliyinə kəskin ittihamlar səsləndirməsinə münasibət bildirərkən deyib.Həsən Kərimov qeyd edib ki, müsavatçılar öz qəzet səhifələrində AXCP-nin liderinə, ayrı-ayrı şəxslərinə qarşı ağılagəlməz ittihamlar irəli sürür: "Onların özləri bu əməlin yiyələri ola-ola başqalarını ittiham edirlər. AXCP-nin fəlaiyyəti göz önündədir, şəffafdır. Ancaq onlar müəyyən dairələrin sifarişlərini yerinə yetirirlər. Yaxşı olardı, Rauf Arifoğlu və onun qəzeti öz işləri ilə məşğul olsun. Neçə illərdir Rauf Arifoğlu qarayaxma ilə məşğuldur. O, müstəqil fikir bildirməyə malik adam deyil".AXCP rəsmisi həmçinin Sumqayıt şəhər şöbəsinin sədri olmuş Kəmaləddin Rəhimovun televiziyalar vasitəsilə onlar barədə irəli sürdüyü iddialara da münasibət bildirib: "Bu gün kimlərsə hər hansı faktları ortaya çıxarmaq istəyirsə, bunu etsinlər. Buyursunlar nə faktları var, nə diskləri var ortaya çıxarsınlar. Kəmaləddin Rəhimov heç vaxt sədr olmayıb, o ancaq sədrəvəzi olub. Bir ildən çox müddətdir partiya ilə heç bir əlaqəsi yoxdur. İndi ətrafında 3-4 nəfərlə 52 insanın adından bəyanat vermək sadəcə absurddur. Rauf Arifoğlu müxalifətin adına ləkə gəritdiyi kimi, Kəmaləddin kimilər də AXCP-nin adına ləkə gəritməsinlər".

sia.az

Digər xəbərlər