PDF Oxu

Müxalifət

  • 37

Elçin Mirzəbəyli: “Ermənistanın NATO-ya üzvlüyü barədə söhbət gedə bilməz” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Ermənistanın NATO-ya üzvlüyü barədə söhbət gedə bilməz” AÇIQLAMA

"Ermənistanın hətta yaxın 50 ildə NATO-ya üzvlüyü barədə söhbət gedə bilməz". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli erməni politoloqun vəziyyətdən çıxmaq üçün Ermənistanın NATO-ya qoşulmasının vacibliyi haqqında düşünməli olduğu ilə bağlı fikirlərinə münasibət bildirərəkən deyib.Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaqla özünün bütün istiqamətlərdə təhlükəsizliyini təmin edəcəyi haqqında düşünürdü. Lakin proseslər tamam fərqli istiqamətdə getdi: "Avrasiya İqtisadi İttifaqına qəbul zamanı Azərbaycanın şərtlərinin qəbul edilməsi və Ermənistanın yalnız bu şərtlə İttifaqa qəbul olunması işğalçı ölkənin bütün gözləntilərinin üzərindən xətt çəkdi. İndiki şəraitdə isə ermənilər artıq başa düşürlər ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri ilə ikitərəfli münasibətləri Ermənistandan dəfələrlə üstündür. Hətta Azərbaycanla digər dövlətlər arasında Qazaxıstan, Rusiya, Belarusla olan iqtisadi əlaqələr Ermənistanın bu dövlətlərlə iqtisadi əlaqələrindən müqayisə edilməz dərəcədə çoxdur. Şübhəsiz ki, onlar da Azərbaycanla münasibətlərdə bu faktoru nəzərə alacaqlar.E. Mirzəbəyli hesab edir ki, indiki manipulyativ şəraitdə isə Ermənistanın NATO-ya üzvlüyü barədə bəyanatlar verilir: "Şübhəsiz ki, Ermənistan özü-özündən asılı olan vəziyyətdə deyil. Ola bilsin ki, belə fikirlər Ermənistan cəmiyyətində ictimai rəyin öyrənilməsinə yönəlib və yaxud Rusiyaya mesaj xarakteri daşıyır ki, guya işğalçı ölkə NATO-ya üzvlük barədə düşünə bilər. Amma bütün bunlar absurd fikirlərdir. İlk növbədə, Ermənistanın NATO-ya üzv olması mümkün deyil. İkincisi, işğalçı ölkə faktiki olaraq Rusiyanın əyaləti missiyasını yerinə yetirir. İqtisadiyyatın idarə olunması bütövlükdə Rusiyanın nəzarəti altındadır. Bu baxımdan da Ermənistanın hətta yaxın 50 ildə NATO-ya üzvlüyü barədə söhbət gedə bilməz".

sia.az

Digər xəbərlər