PDF Oxu

Müxalifət

  • 26

Hüseyn Məlik Müsavat rəhbərliyini İFŞA ETDİ

Hüseyn Məlik Müsavat rəhbərliyini İFŞA ETDİ

"Rəyi Gülağa Aslanlı hazırlayıb, Arif Hacılı oxuyandan sonra İsa Qəmbər redaktə edib"

Müsavat Partiyası başqanının keçmiş müşaviri Hüseyn Məlik sosial şəbəkədə ilginc status paylaşıb. SİA-nın verdiyi xəbərə görə o iddia edib ki, Arif Hacılıdan sonra Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı olacaq. Arif Hacılının başqanlığına qarşı daha çox radikal münasibət bəsləyən Hüseyn Məlik sözügedən iddiasının yaxın zamanlarda reallaşdırılacağını deyib: "Bu məsələ əvvəldən bəllidir. Əvvəldən dəqiqləşmiş bir çox təyinatlar kimi, bu da planlaşdırılıb".

Hüseyn Məlik həmçinin bildirib ki, Gülağa Aslanlı əvvəldən Arif Hacılının dəstəkçisi olub: "Gülağa Aslanlı onun seçki kampaniyasında əsas sima idi. Arif Hacılının başqan olacağı təqdirdə, partiyada ikinci əsas vəzifə hesab olunan icra aparatının rəhbərliyinə Aslanlının gətiriləcəyi əvvəldən razılaşdırılmışdı. Yaxın günlərdə bununla bağlı sərəncam veriləcəyi gözlənilir".

Keçmiş başqan müavini daha bir maraqlı məqama toxunub və MNTK-nın Qubad İbadoğlunun müraciətinə verilən rəyi ifşa edib. Belə ki, o, MNTK-nın Qubad İbadoğlunun arayışına verilən rəyin Gülağa Aslanlı tərəfindən hazırlandığını deyib: "Qubad İbadoğlunun MNTK -ya göndərdiyi arayışa verilən cavabı Gülağa Aslanlı hazırlayıb, Arif Hacılı oxuyandan sonra İsa Qəmbər redaktə edib. MNTK-da müzakirə açmadan səsə qoyub qəbul edilibdir".

Xatırladaq ki, Gülağa Aslanlı başqanlıq seçkilərində Arif Hacılının ən qatı tərəfdarı kimi yadda qalıb.

sia.az

Digər xəbərlər