Uzun müddətdir ki, "Qarabağ" siyasi blokunda birlikdə olan ADP ilə "Ümid" partiyası arasında bələdiyyə seçkilərində iştirak və digər məsələlərlə bağlı fikir ayrılığı yarandığı bildirilir. Fikiq ayrılığı o həddə çatıb ki, hər iki partiya müttəfiqliyə son qoyub ayrılmağı daha üstün sayıb. ADP sədri Sərdar Cəlaloğlu bələdiyyə seçkilərində "Ümid" partiyası ilə birlikdə iştirak edə bilməyəcəyinin səbəblərini maddi-texniki imkanların olmamasında olduğunu bildirib: "Bələdiyyə seçkilərində "Ümid"lə birlikdə seçkilərdə iştirak edə bilməyəcəyik. Səbəb partiyalarımızın maddi-texniki imkanlarının bərabər olmamasıdır. Seçkidə iştirak etmək üçün xeyli vəsait lazımdır. ADP-nin kifayət qədər maddi imkanı yoxdur. "Ümid" partiyasının isə ADP-yə nisbətən maddi imkanı var. Eyni zamanda, parlament təmsilçiliyi olduğu üçün "Ümid" partiyası dövlət büdcəsindən vəsait alır. Seçkidə blok şəklində iştirak edəriksə, hər partiya vəsait xərcləməlidir. Biz isə maddi imkansızlıq ucbatından həmin vəsaiti verə bilmirik. Ona görə də seçkidə birlikdə iştirak edə bilmirik".
"Düşərgədə boğazdan aşağı düşüncəli insanlar hiddət doğurur"
S.Cəlaloğlu düşərgədə, sadəcə olaraq boğazdan aşağı düşüncəli insanların hiddət doğurduğunu və bundan sonra heç bir müxalifət partiyası ilə əməkdaşlıq etməyə, sadəcə olaraq, lüzum qalmadığını deyib. S.Calaloğlu düşərgədə daha çox Müsavat partiyası ilə "Ümid" partiyasının oynadığı oyundan təngə gəldiyini bildirib. Bu partiya ilə daha heç bir blok və ya birlikdə təmsil olunmaycağını bildirən ADP sədri onu daha çox "Ümid" partiyasının sədri İqbal Ağazadənin hərəkətlərinin hiddətləndirdiyini vurğulayıb: "2003-cü ildə ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra artıq müxalifət düşərgəsində hər kəs və ümumiyyətlə, Azərbaycan cəmiyyəti hansı qüvvələrin kimin və nəyin arxasınca getdiyini daha dəqiq aydınlaşdırmağa məqam tapdı. Çünki məhz bu seçkiyə qədər bir sıra partiyalar, o cümlədən, ADP, Müsavat və "Ümid" bir yerdə mübarizəyə qoşulmuşdusa, sonralar məhz birincilərin xəyanətindən sonra bu birlik pozuldu. Məhz "Ümid" sədri bu məsələlərdən sonra hakimiyyətə daha yaxın olduğunu göstərmək üçün var-gəl edirdi. Nəticədə də, öz xislətini tam şəkildə ortaya qoya bildi".
R.HÜSEYNOVA