Həsən Kərimov: "Müsavatda baş verən proseslər istefalarla nəticələnir"
"Nəsib Nəsiblinin Müsavat Partiyasından istefası təəssüf doğurur. Çünki Nəsib bəy Müsavatın qurucularından biri olub". SİA xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov Nəsib Nəsiblinin, eləcə də digər müsavatçıların partiyadan verdikləri istefalara münasibətini bildirərkən belə deyib.Cəbhə rəsmisi bildirib ki, gedən müsavatçıların əksəriyyəti bu partiyanın formalaşmasında müstəsna xidmətləri olmuş adamdır: "Belə insanların istefası Müsavat Partiyasına böyük bir zərbədir".Həsən Kərimov istər Nəsib Nəsiblinin, istərsə də digərlərinin partiyadan getmələrini təşkilatdaxili ziddiyyətlərlə əlaqəli olduğunu istisna etməyib: "Son vaxtlar sözügedən partiyanın daxilində gedən proseslər, başqan seçimlərindən sonra yaranan narazılıqlar Nəsib bəyin və digərlərinin belə addım atmasına səbəb olan amillərdəndir".Qeyd edək ki, AXCP sədrinin müavini belə davam edəcəyi halda növbəti istefaların da baş qaldıracağını deyib.
sia.az