PDF Oxu

Müxalifət

  • 13

Xədicə İsmayıl - Razi Nurullayev "müharibəsi" başladı

Xədicə İsmayıl - Razi Nurullayev "müharibəsi" başladı

Xədicə İsmayıl: "Razi Nurullayevdə şəxsiyyətin ikiləşməsi prosesi baş verir"

Razi Nurullayev: "Səndəki bu qədər ironiya - özündən razılıq..."

Fuad Qəhrəmanlı: "Xədicə İsmayıl ya ölənin dalınca danışır, ya da gedənin"

"Azadlıq" Radiosunun əməkdaşı Xədicə İsmayıl və AXCP sədrinin müavini Razi Nurullayev facebook-da bir-birlərini qarşılıqlı ittihamlara məruz qoyublar. Xədicə İsmayıl öz profilində yazıb ki, "Razi Nurullayevdən narahatam. Şəxsiyyətin ikiləşməsi problemləri ilə bağlı mütəxəssislərə müraciət etmək lazımdır. Amma Razi Nurullayevdən də çox Obamadan narahatam". "İndi Azərbaycanda QHT qanunvericiliyi QHT fəaliyyətini mümkünsüz edib" deyən Obamaya deyəcəklər ki, az danış, bizim öndə gedən müxalifət partiyasının sədr müavini deyir ki, hər şey yaxşıdır, sənə nə düşüb? Yazıq Barak Hüseynoviç düşəcək təkərə. Gəl, indi bunlara izah elə ki, bizim müxalifət partiyalarında hökumətlə əlaqələr üzrə müavin postu formalaşmaqdadır. Cəbhəçilər də bizi intizarda qoymasın. Ayrı nə sürprizləri var, bəri başdan qoysunlar ortaya".

Hazırda ölkədə olmayan Razi Nurullayev buna cavab olaraq yazıb ki, öz yanaşmasını daha doğru hesab edir: "Mənim yumşaq tərzim ola bilər, amma bu, siz deyənlə əlaqəli deyil. Hər kəsin öz tərzi var. Məsələn, nə qədər çalışsam da sizin yazdığınız bu kimi statusu yaza bilmərəm. Bu qədər ironiya, özündənrazılıq və ittihametmə cəhdləri. Mən ölkədə yoxam, dünən çıxmışam. Mənim yazmaq imkanlarım məhduddur hazırda. Nə yazsanız sonra baxa biləcəyəm".

X.İsmayıl və R.Nurullayev arasında baş verən qalmaqala AXCP-dən reaksiya verilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkələrdə yazdığı, sonradan sildiyi statusda qeyd etmişdi ki, X.İsmayıl ya ölənin dalınca danışır, ya da gedənin: "Razi Nurullayev Azərbaycanda yoxdur. Onun Xədicəyə cavab vermək imkanı məhduddur. Ona görə də Xədicə ağlına nə gəlirsə, danışır. Xədicəni narahat edən xaricdən aldığı qrantlardan məhrumolma ehtimalının gündəgün artmasıdır".

Cavabında X.İsmayıl yazıb ki, müavinlərlə danışmaq heç də xoş deyil: "Bu adamların bir yiyəsi yoxdurmu ki, sözünü deyə bilsin? Və ya izah eləsin ki, Razi Nurullayev niyə xaricdən maliyyələşmənin əleyhinədir?"

S.Feyruzov

Digər xəbərlər