PDF Oxu

Müxalifət

  • 27

Tural Abbaslı: “Fraksiyanı elan etməklə biz partiyadaxili müxalifəti nəzərdə tutmuşuq” AÇIQLAMA

Tural Abbaslı: “Fraksiyanı elan etməklə biz partiyadaxili müxalifəti nəzərdə tutmuşuq” AÇIQLAMA

"Say baxımını götürəndə təbii ki, Müsavatda narazı tərəflər Məclis toplantısında olanların sayından çox idi. Amma bunu uyğunlu müqayisə kimi göstərməzdim". Bu sözləri SİA-ya siyasi təşkilatın keçmiş Divan üzvü, başqanlığa keçmiş namizəd Tural Abbaslı partiyada narazıların sayının artmasına, rayon təşklatlarının da narazılar qrupuna dəstək verməsinə münasibət bildirərkən deyib.Tural Abbaslı baş verən proseslərdə narazıların olmasını təbii qəbul etdiyini deyib və qeyd edib ki, belə olan təqdirdə partiyanın parçalanması ehtimalı reallaşa bilər: "Narazıların olduğu danılmazdır. Bizim əsas məqsədimiz razılarlarla narazıların ortaq fikirlərini tapmaq və partiyanın bütövlüyünü qorumaqla daha güclü hala gətirməkdir".Lakin o, fraksiyanın yaradılmasını partiyadaxili müxalifət olacağını da istisna etməyib: "Fraksiyanı elan etməklə biz daxili müxalifəti nəzərdə tutmuşuq. Partiyadan ayrılmadan Müsavatın əleyhinə işlər görməkdən söhbət getmir. Fraksiyanı yaratmaqla Nizamnamə çərçivəsində partiya daxilində fəaliyyət göstərəcək birlik kimi nəzərdə tutmuşuq. Partiyadaxili münasibətlərin demokratik çərçivədə həll edilməsi, partiyadan getmək istəyənlərin ən azından qarşısının alınmasını nəzərdə tutan bir addımdır. Bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir, danışıqlar gedir. İnanıram ki, fraksiya yaratmaqla bir çox məsələləri həll etmiş olacağıq".Qeyd edək ki, Müsavat Partiyasının rayon təşkilarları partiya rəhbərliyinin müşavirəsinə qatılmayıb və onların əksəriyyəti yardılacaq fraksiyanın tərkibində fəaliyyət göstərəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər