PDF Oxu

Müxalifət

  • 23

Səxavət Əlisoy: “Təhqiri ifadələr işlədən zatlarla mübarizənin tək yolu bloklamaqdır” CAVAB

Səxavət Əlisoy: “Təhqiri ifadələr işlədən zatlarla mübarizənin tək yolu bloklamaqdır” CAVAB

Müsavat Partiyasının funksioneri, hazırda narazılar qrupunda Qubad İbadoğluna ən çox dəstək verənlərdən biri olan Səxavət Əlisoy "facebook" səhifəsində partiya rəhbərliyinin təlimatına uyğun olaraq, ona qarşı təhqirlər ünvanlayan müsavatçılara sərt cavab yazıb. SİA xəbər verir ki, Səxavət Əlisoy təhqirlə yazan bütün müsavatçıları blok etdiyini bildirib və qarşı tərəfi gerizəkalılar adlandırıb: "Bloklama əməliyyatına start verdim! Yazdıqları statuslarda və rəylərdə aşağılayıcı, təhqiri ifadələr işlədən zatlarla mübarizənin tək yolu bloklamaqdır. Tərbiyəsizlər və gerizəkalılar ilə polemikaya girmək, söhbət etmək belə ayıbdır. Kimin yazdıqlarımdan xoşu gəlmirsə, məni blok etsin.

Bir dəfə yazmışam, bir də təkrar edirəm, mən yalnız başı ilə düşünənlərlə polemika edirəm və onların yazdıqlarına münasibət bildirirəm".Qeyd edək ki, Səxavət Əlisoy bu gün partiyanın Divanına çağrılıb və partiya rəhbərliyi tərəfindən onun fəaliyyətinə qarşılıq olaraq cəza veriləcəyi gözlənilir.

sia.az

Digər xəbərlər