"Son günlərdə baş verən proseslərin yalnız bir səbəbi var. Belə ki, Əli Kərimli bütün imkanlarını işə salıb ki, hakimiyyətin xoşuna gəlsin və bununla da hakmiyyət onunla yenidən əməkdaşlıq etməyə başlasın". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP sədri Əli Kərimlinin fəaliyyətini şərh edərkən deyib.Onun sözlərinə görə, artıq Qərb dairələri də Əli Kərimlinin bütün niyyətlərindən xəbər tutub: "Əli Kərimli elə bir adamdır ki, öz məqsədi üçün hətta İŞİD terror qruplaşmasının üzvləri ilə də siyasi ittifaq bağlaya bilər. Onun üçün heç bir fərqi yoxdur. Şeytanla da əməkdaşlıq edə bilər".
sia.az