PDF Oxu

Müxalifət

  • 17

Tural Abbaslı: “Ən sonuncu variant fraksiya yaratmaqdır” MÜNASİBƏT

Tural Abbaslı: “Ən sonuncu variant fraksiya yaratmaqdır” MÜNASİBƏT

"Bəzi müsavatçılar qeyd edirdilər ki, Müsavat Partiyasının Nizamnaməsində fraksiyanın yaradılması nəzərdə tutulmayıb". Bu fikirləri SİA-ya Müsavat Divanının keçmiş üzvü, partiya funksioneri Tural Abbaslı noyabrın 23-də keçirilən müşavirədə baş verən ziddiyyətli məqamlara aydınlıq gətirərkən deyib.Tural Abbaslı bildirib ki, əgər fraksiya yaradılsa, bu Nizamnamə pozuntusu hesab edilməməlidir. Eks-başqan İsa Qəmbər də fraksiyanın yaradılmasının Nizamnamə pozuntusu olmadığını deyib: "Keçirilən müşavirədə İsa Qəmbər fraksiyanın nəzəri baxımdan Nizamnamə pozuntusu olmadığını qeyd etdi. Hazırda müşavirədən sonrakı görüləcək əməli fəaliyyəti gözləmək niyyətindəyəm".Tural Abbaslı narazılar tərəfindən yaradılacaq yeni partiyada təmsil olunmayacağını da deyib: "Hansısa partiya yaratmaqla bağlı deyim ki, mən Müsavatı tərk etmək fikrində deyiləm. Başqaları partiya yarada bilər, bu onların şəxsi fikirləridir. Mən və tərəfdarlarım partiyanın daxilində, partiyanın demokratikləşməsi uğrunda mübarizə aparacağıq. Təbii ki, istefa verənlərin bir çoxu partiyanı tərk etsələr də, qəlbən müsavatçılardır. O insanlar partiya daxilində gedən proseslərə etiraz olaraq istefa veriblər. Onların yenidən partiyaya qaytarılması Müsavata xeyir verə bilər".Tural Abbaslı onlara qarşı çıxanlarla aqressiya ilə danışmayacaqlarını da bildirib: "Bizə qarşı çıxanlara qarşı diskussiya mühiti formalaşdırmaq niyyətindəyik. Maraqlıdır ki, bu insanlar fraksiya yaradılmasına niyə qarşı çıxırlar? Onların bir çox suallarına cavab vermişik. Mənim sonuncu variantım fraksiya yaratmaqdır. Digər varinat isə istefa ola bilər. O da ki, 14 illik fəaliyyətimi kiməsə qurban vermək fikrində deyiləm".

sia.az

Digər xəbərlər