PDF Oxu

Müxalifət

  • 41

“Yeni Müsavat” “Azadlıq”ı İFŞA ETDİ

“Yeni Müsavat” “Azadlıq”ı İFŞA ETDİ

""Azadlıq" qəzeti və Qərbin qrantları ilə keçinən opponentlərimiz ortaya qoyduğumuz faktlar haqqında bir kəlmə də danışmırlar"

""Azadlıq" qəzeti həyəcanlı bir komanda ilə "People in Need" təşkilatının müdafiəsinə qalxıb. Əlbəttə, bu müdafiənin arxasında dayanan səbəb də hər kəsə məlumdur". SİA xəbər verir ki, bu fikirlər "Yeni Müsavat" qəzeti tərəfindən adıçəkilən mətbu orqanı hakimiyyətə işləməkdə ittiham edən "Azadlıq" qəzetinə qarşı ünvanlanıb. Belə ki, bu günlərdə Batumidə erməni lobbisinin dəstəyi ilə Azərbaycan dövlətçiliyinə qarşı təxribat etməkdə günühlandırılan "Azadlıq" qəzeti və AXCP rəhbərliyinə qarşı ciddi arqumentlər qoyulub və müvafiq linklər təqdim edilib.

"Əli Kərimlinin tərəfdarları əl açaraq, tez-tez üz tutduqları təşkilatı qorumaq məqsədi ilə sübut etmək istəyirlər ki, Çexiya təşkilatının ermənipərəst mövqeyi ilə bağlı iddialar yalandır"- deyə bildirilən fikirlərdə o da qeyd edilib ki, ortaya qoyulan faktlar və istinad etdilən mənbələr kimin haqlı tərəf olduğunu birmənalı şəkildə təsdiq edir: "Təsadüfi deyil ki, "Azadlıq" qəzeti və Qərbin qrantları ilə keçinən opponentlərimiz ortaya qoyduğumuz faktlar haqqında bir kəlmə də danışmırlar. Çünki həmin faktlarda "People in Need" təşkilatının rəhbərləri Ermənistan və Dağlıq Qarabağ separatçılarına nə vaxt və necə yardım etdikləri barədə özləri söhbət açırlar. Yəni, adamlar özləri yazır ki, biz filan vaxtı filan işi gördük..."

Xatırladaq ki, "Azadlıq" qəzeti və AXCP rəhbərliyi "Yeni Müsavat" rəhbərliyinə qarşı çıxışlar edərək, "People in Need" təşkilatını müdafiə etməməkdə ittiham edir. "Yeni Müsavat" qəzeti isə bu ittihamları rədd edən arqumentlərlə faktları açıqlayıb.

sia.az

Digər xəbərlər