"Reallıqdır ki, Avropa Şurası və başqa beynəlxalq təşkilatlar onların birbaşa ruporu rolunu oynayan QHT-ləri maliyyələşdirir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, son 3-4 ildə beynəlxalq təşkilatların Azərbaycana ayırdığı 30 milyondan artıq vəsait ancaq radikal müxalifətin təsirində olan QHT-lər arasında bölüşdürülüb: "Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 3000 QHT ola-ola niyə məhz bunlara ancaq qrantlar ayrılır? Həmin QHT-lərin hamısı beynəlxalq təşkilatların əlində "çomaq" rolunu oynayaraq bir mərkəzdən idarə olunurlar. Bəziləri də külli miqdarda vəsaitin vergidən yayınmasına görə bu gün istintaqa cəlb olunublar".Niyaməddin Orduxanlı onu da qeyd edib ki, QHT-lər haqqında qəbul edilən qanunda iki məqam var: "Birinci donor təşkilatlarla qrant alan tərəf arasında mütləq müqavilə olmalıdır. İkinci, bu müqavilə qeydiyyatdan keçməlidir. Dövlət və donor təşkilatı, o cümlədən cəmiyyət bu prosesi şəffaf görməlidir. Hər kəs bilməlidir ki, vəsait nə məqsədlə ayrılır. Bu təşkilatların maraqları heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, öz siyasi məqsədlərini həyata keçirtməkdir. Hətta bəzi satqın QHT sədrləri var ki, Batumi forumundan sonra bütün cəmiyyətə göstərdi ki, öz niyyətləri üçün erməniyə dayı deyirlər".Qeyd edək ki, millət vəkili Əli Hüseynli Azadlıq Radiosuna verdiyi açıqlamasında "Maraqların toqquşması haqqında" qanun layihəsinin müzakirə olunduğunu bildirib. O, əgər bu məsələ onlar üçün maraqlıdırsa, beynəlxalq təşkilatlara layihəni maliyyələşdirməyi təklif edib. Millət vəkili maliyyə ayırılması üçün Avropa Şurasının müvafiq qurumlarına müraciət etdiyini də bildirib.
sia.az