Milli Şuranın üzvü Eldəniz Quliyev "Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasıdındakı münaqişəyə, onların bir-birilərinə qarşı olan ittihamlarına münasibət bildirib.O, şəxsi facebook səhifəsində paylaşdığı statusda "Yeni Müsavat"ın "Azadlıq" haqqında dediklərinə belə cavab verib: "AXCP-nin gənc fəallarından biri yolla gedirmiş. Birdən ayağı boş bir limonad şüşəsinə dəyir, butulka sınır. Elə o andaca... şüşədən bir Cin çıxır. Üzünü oğlana tutub deyir:
- Ey mənim sahibim, səndən buyruq, məndən qulluq!.. Nə arzun-istəyin varsa, de, bir göz qırpımında yerinə yetirim.
Oğlan Cini sınamaq məqsədilə:
- Get, Hind okeanının üstündən qəşəng bir körpü çək! - deyir.
Cin dərin fikirə gedir, handan-hana günahkarcasına mızıldanır:
- Ya başımın ağası, bu çoox qəliz bir məsələdi axı... Bəlkə başqa bir şey əmr edəsən?..
Oğlan deyir:
- Onda elə et ki, mən "Yeni Müsavat"ın felindən, məkrindən agah olum!..
Cin bunu eşidən kimi dik atılır:
- Ya sahibim, -deyir, - Bayaq buyurduğun körpünün eni nə qədər olsun dedin?".
sia.az