Vaxtilə qərargahını Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) vermiş Azər Əsgərov qərargahı qəzalı vəziyyətə düşdükdən sonra AXCP rəhbərliyini günahlandırır. SİA-ya açıqlama Azər Əsgərov Əli Kərimli və onun mətbuat katibi Natiq Ədilovu ittiham edib. O, Natiq Ədilova sual ünvanlayıb: "Natiq Ədilov, Əli Kərimli sənə nə qədər maaş verir? Aldığın 400 manat səni təmin edirmi? Mənim mülküm dağıldıqdan az müddət sonra Amerikaya səfərə getdin və beş aya yaxın orada qaldın. Yaxşıca gəzib-dolandın, yeyib-içdin. Hansı pullarla?!"
Azər Əsgərov öz ittihamında bildirib ki, Natiq Ədilovun ABŞ-a etdiyi səfərin maliyyəsi ya Əli Kərimlinin müəyyən dairələrə işləməsinin nəticəsidir, ya da AXCP sədrinin xaricdən aldığı qrantların puludur: "Ay millət, baxın, orada (ABŞ-da-red.) günlük otel xərci bir qulluqçunun bir aylıq pensiyası qədərdir. Hələ bunun yeyib-içməyi, nəqliyyat xərci, üstəlik 5 ay! Gəlin görək, sıravi vətəndaş bunu edə bilərmi?! Əgər o xərci Əli Kərimli ödəmişdisə, haradan aldı? Xarici təşkilatlar ödəmişdisə, onlar boş yerə pul-para xərcləməzlər. Səni özündən asılı vəziyyətə salarlar! Özün qazanmamısansa, kimsə əziyyətlə qazandığını elə şəkildə göyə sovurmaz!"
Mülk sahibi sosial şəbəkədə Əli Kərimlinin "söyüş qrupu" tərəfindən hədələnməsinə də münasibət bildirib: "Mənim mülkümə gəldikdə isə, heç çığır-bağır salmağınıza gərək yoxdur. Mən təklif vermişdim ki, hər üzvünüz 3-5 manat qoysa, oranı tikə bilərsiniz və qərargah kimi yenə istifadə edərdiniz. 3-5 manata görə bir belə çığır-bağır salmağa dəyərdimi?! Səviyyənizi gözləyin…"
sia.az