PDF Oxu

Müxalifət

  • 27

Səxavət Əlisoy: “DMP-yə qatılmaq barədə düşünmürük” AÇIQLAMA

Səxavət Əlisoy: “DMP-yə qatılmaq barədə düşünmürük” AÇIQLAMA

"Hesab edirəm ki, Rövşən Qəmbərin İsa Qəmbərə Arif Hacılının başqanlıqdan uzaqlaşdırılması və növbədənkənar qurultayın keçirilməsi ilə bağlı vaxt verməsi və bu alınmadığı təqdirdə, Demokratik Müsavat Partiyasının yenidən bərpa edəcəyi ilə bağlı təklifi çox maraqlıdır". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy deyib.Keçmiş partiya funksionerinin sözlərinə görə, təklifin maraqlı cəhəti odur ki, bu, İsa Qəmbərin qardaşı tərəfindən ortaya atılıb: "Ancaq mən o barədə düşünmürəm ki, R. Qəmbərin Demokratik Müsavat Partiyasını yenidən bərpa etdikdən sonra mən də ora qatılacağam. Biz heç bunu dostlarımızla müzakirə belə etməmişik. Çünki, bizim qarşımızıda əsas məqsəd kimi növbədənkənar qurultayın çağırılmasına nail olmaq dayanır. Hələlik, R. Qəmbərin Demokratik Müsavat Partiyasına qatılmaq barədə düşünmürük. Amma hesab edirəm ki, dostlarımızla bu məsələni müzakirə etməyə dəyər".

sia.az

Digər xəbərlər