PDF Oxu

Müxalifət

  • 26

Niyaməddin Orduxanlı: "Əli Kərimlinin "donosşik"i Razi Nurullayevdir" İDDİA

Niyaməddin Orduxanlı: "Əli Kərimlinin "donosşik"i Razi Nurullayevdir" İDDİA

"Azərbaycan haqda xarici təşkilatlara donos yazan kimdir? Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla- Avropa Birliyi, Avropa Şurası, ATƏT, başqa insan haqlarını müdafiə təşkilatlarla günü-gündən münasibətləri pozulmaqdadır. Artıq heç kəsə sirr deyil ki, beynəlxalq təşkilatların demək olar ki, bütün iclaslarında Azərbaycan hakmiyyətinə yönəlik bəyanatlar səsləndirilir. Belə bir vəziyyətin qarşılığında təbii ki, Azərbaycan iqtidarı da beynəlxalq təşkilatlardan gələn təzyiqlərə cavab verməkdədir".Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı AXCP sədri Əli Kərimlinin beynəlxalq təşkilatlara "donos" ötürməsinə münasibət bildidirərkən deyib. BAXCP rəsmisinin sözlərinə görə, AXCP sədrinin və ona təlimat verən xarici qüvvələrin əsas məqsədi bu işdə yerli QHT-ləri və digər vətəndaş cəmiyyəti qurumlarını öz "siyasətlərinə" tərəf çəkməkdir: "Beynəlxalq təşkilatlar bu "savaşda" Azərbaycanda özünün təsirində olan və ələ aldığı vətəndaş cəmiyyətinin nümayəndələrindən, siyasi partiyalardan da məharətli istifadə etməkdədir".Niyaməddin Orduxanli daha bir ilginc məsələyə toxunaraq bildirib ki, Əli Kərimlinin bu kimi işlərdə əsas güvəndiyi şəxs beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevdir: "Bu yaxınlarda məlum olub ki, sən demə, Azərbaycan dövləti ilə bağlı əsas məlumatları beynəlxalq təşkilatlara ötürən AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev imiş. Məlum olub ki, bu adam demək olar ki, elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanla bağlı "donos"çuluq etməsin. Bu haqda məlumat da, məhz Əli Kəriminin müavininin yaxın çevrəsindən sızdırılıb. Hətta bununla bağlı AXCP-çi gənclərdən ibarət xüsusi şəbəkənin ciddi dəstək verdiyi də deyilir. Razi Nurullayevin tez-tez xarici səfərlər etməsi də əsas bu fəaliyyətinə görə imiş".

sia.az

Digər xəbərlər