"Belə həyasız gəlməyib yer üzünə!"
"Yeni Müsavat" qəzetinin baş redakatoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlini ittiham etməkdə davam edir. SİA xəbər verir ki, Rauf Arifoğlu "Azadlıq" qəzetində onu təhqir edən yazıya cavab olaraq, yenidən qarşı tərəfə münasibət bildirib. Sosial şəbəkədəki statusunda AXCP sədrini naqis adlandıran "Yeni Müsavat"ın baş yazarı bildirib ki, hətta onun haqqında nə vaxtsa pozitiv fikir işlənibsə belə, həmin fikirlər şantaj və kompromat kimi istifadə edilir: "Belə həyasız gəlməyib yer üzünə! Bunumu istəyirdin - haqqında müsbət nə yazmışamsa, müəllif hüququndan istifadə edərək, hamısının qarşısına "NA" əlavə edirəm... Allah bəlanı versin. Məni keçib, Müsavatı bölə bilməyəcəksən, müxalif düşərgəyə sahiblənə bilməyəcəksən, hər yeri murdarlamağı bacarmayacaqsan. Hər zaman qarşındayam".
sia.az