"Əgər Qubad İbadoğlu hər hansı bir hərəkat yaradıbsa, ona sadəcə uğurlar arzu edirəm, yolu açıq olsun". Bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu Müsavat Partiyası baqanlığına keçmiş namizəd Qubad İbadoğlunun Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaratmasına bu gün də KXCP üzvü olduqlarını iddia edən narazı tərəflərin dəstək vermələrinə münasibət bildirərkən deyib. KXCP rəsmisi qeyd edib ki, əgər bu gün kimlərsə KXCP adından Qubad İbadoğlunun hərəkatına dəstək göstərdiyini bəyan edirsə, o, həmin tərəfləri partiya üzvü kimi tanımır: "Biz belə KXCP üzvü tanımırıq. Çünki KXCP olaraq, Qubad bəyin yaratdığı hərəkat barədə rəsmi şəkildə fikir bidirməmişik".
Qeyd edək ki, özlərini KXCP daxilində fəaliyyət göstərən Demokratik Birlik Fraksiyası kimi təqdim edən tərəflər toplantı keçirib və həmin toplantıda Qubad İbadoğlunun elan etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı məsələsi də müzakirə edilib. Sonda qərara alınıb ki, Demokratik Birlik Fraksiyası bundan sonra Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilati işlərində yaxından iştirak etsin.
Xatırladaq ki, bu gün də özlərini KXCP üzvü hesab etdiklərini deyərək, Demokratik Birlik Fraksiyasına rəhbəri iki il öncə Mirmahmud Mirəlioğlunun istefasını tələb edən Qaya Əliyevdir. Digər klassik cəbhəçi Fikrət Cəfərov və digərləri də hazırda KXCP üzvü olduqlarını bəyan etsələr də, Demokratik Birlik Fraksiyasında yer alırlar.
sia.az