"Xədicə İsmayıl jurnalist peşəsindən silah kimi istifadə edirdi. O 17 ildir ki, Əli Kərimlini təbliğ edirdi və onun hakmiyyətə gəlməsi üçün çalışır, çoxlarını təhqir edirdi. Əbülfəz Elçibəy, İsa Qəmbər, Rauf Arifoğlu da bu siyahıya daxildir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı jurnalist Xədicə İsmayılın həbsinə münasibət bildirərkən deyib.Niyaməddin Orduxanlı bildirib ki, bu həbsin əsas səbəbkarı AXCP sədri Əli Kərimlidir: "Şərq aləmində qadının həbs olunmasına yaxşı baxılmadığı kimi, Azərbaycan cəmiyyətində də qadının həbs edilməsi müsbət qarşılanmır. Xədicə İsmayıl jurnalist peşəsindən silah kimi istifadə edirdi. Mən onu 1998-ci ildən tanıyıram. O, özünü jurnalist kimi göstərsə də, əslində bütün fəaliyyəti siyasi mübarizə müstəvisində olub. Xədicə İsmayıl 17 ildir jurnalist peşəsini özünün "çətiri" sayırdı və bütün fəaliyyətini hakmiyyətə gəlmək üçün çalışan Əli Kərimlinin təbliğatını aparmaq üzərində qurmuşdu. Bu qadın ölkədə Əli Kərimlidən başqa hər kəsi təhqir etmiş insandır. Əli Kərimli indiyə kimi öz çirkin siyasi məqsədlərinə çatmaq üçün Xədicə İsmayıl kimi insanlardan məharətlə istifadə edib. Bu gün Əli Kərimlinin jurnalistin həbsindən istifadə edib, beynəlxalq təşkilatlarla alver edəcəyini istisna etmirəm. Bu cür həbsləri qrant pridmeti hesab edirəm".
sia.az