PDF Oxu

Müxalifət

  • 15

Ekspert iqtidar-müxalifət dialoqundan danışdı

Ekspert iqtidar-müxalifət dialoqundan danışdı

"Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müxalifət partiya rəhbələri ilə görüşü çox mühüm əhəmiyyət kəsb edir. Bu, iqtidar-müxalifət dialoqunun bir tərkib hissəsi kimi ölkəmizdə siyasi mədəniyyətin böyük göstəricisidir. Bu o deməkdir ki, Azərbaycan təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən oturuşmuş, fundamental siyasi dəyərlərə malik dövlətdir".Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.İqtidar-müxalifət arasında baş tutan görüşün mahiyyətindən danışan V. Əsgərov qeyd edib ki, Azərbaycan iqtidarı ölkəmizdə siyasi plüralizmin inkişafı istiqamətində mühüm addımlar atıb: "Partiyalar sərbəst fəaliyyət göstərir, istədikləri fikirləri, sözləri deyə bilirlər, əllərində mətbuat var, bütün ideyalarını mediya qurumları vasitəsilə həyata keçirə bilirlər. Şübhəsiz ki, Əli Həsənovun partiya rəhbərləri ilə görüşü iqtidar-müxalifət münasibətlərinə öz müsbət töhfəsini verəcəkdir".

sia.az

Digər xəbərlər