PDF Oxu

Müxalifət

  • 9

AMİP funksioneri: “Bu, düzgün yol deyil” İTTİHAM!

AMİP funksioneri: “Bu, düzgün yol deyil” İTTİHAM!

"Radikal siyasi partiyalar digər məsələlərdə olduğu kimi, bələdiyyə seçkilərinə də yox deyir, hər şeyi pisləyir. Təbii ki, bu da düzgün yol deyil". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bildirib.Onun sözlərinə görə, konstruktiv müxalifət partiyaları seçkilər öncəsi təbliğat-təşviqat kampaniyasında iştirak ediblər: "Ancaq radikal müxalifət partiyaları bu məsələyə də qeyri konstruktiv yanaşır, hər şeyə yox deyir, hər şeyi pisləyir. Digər qurum isə məsələlərə daha demokratik, konstruktiv yanaşır və hər şeyi olduğu kimi qeyd edir".

sia.az

Digər xəbərlər