Adama deyərlər ki, a zalım qızı, bir ayda külli miqdarda pul alırdın, bu zəhrimarı xımır-xımır yeməyin nəyi pis idi ki?! Yeyərdin də, hələ bir "Araz" kafesində pivə qonaqlıqlarını da davam elətdirərdin, lap bütün radikal yazarların "qələmlərini" də qırardın. Amma nə edəsən ki... Səndən də "iş" tələb etdilər axı.
"Azadlıq" Radiousunun bağlanmasını özü üçün nifrət tuluğuna çevirən ABŞ-ın quyruq bulayanlarının "ah-naləsi" o həddə çatıb ki, ya gərək özünü eşitməzliyə vurasan, ya da ki, ağızlarını açan kimi soyuq bir sillə ilişdirəsən. Ermənini müdafiə edənlər Xədicəni müdafiə etməsəydi, yanmazdıq. İndi erməni dəyirmanında buğda üyüdənlərin "meşoklarınımı" daşımalıyıq?! Hər şey bir yana qalsın, daha Əli Kərimli efirə çıxa bilməyəcək, özünün əndrəbadi "statistik" rəqəmlərini öz ətrafına da sırıya bilməyəcək.
Günbəgün radikal müxalifətin mətbuat səhifələrində Xədicənin oyunları, onun "müdafiəsi" haqqında yazılar dərc olunur. Deyilənə görə, Tural Mustafayevin evinin qabağında növbə yaranıb, Turala o qədər "elçi" düşüb ki, o, ağlını itirib. Əli Kərimlinin, İsa Qəmbərin, ABŞ səfirliyinə işləyən QHT-lərin nümayəndələri şikayətini geri götürmək üçün Turalı əməlli-başlı birtəhər ediblər. Hələ bir informasiya da yaydılar ki, Tural şikayətini geri götürür.
İndi əllərinə yeni girəvə düşüb. Kramerin məqaləsinin "şərhinə" başlayıblar. Dediklərinə görə, sanksiyalar qapımızın ağzında imiş. Paho, hansı qapıdır görəsən!? Göz qorxutmağa başqa bir nəsnə tapmadınızmı!? "Azadlıq" qəzetində hansısa ermənipərəst birinin məqaləsini o qədər böyük sevinclə "şərh" edirlər ki, elə bil doğma atalarının "şücaətləri" haqqında söhbət edirlər.
Samir