"Hesab edirəm ki, orada sadəcə olaraq müəyyən maraqların toqquşmasından söhbət gedir". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Azərros" Federal Milli Mədəni Muxtariyyət daxilindəki qarşıdurmanın Abbas Abbaslı və Söyün Sadıqovun dəyərləndirilməsi sayıla bilərmi fikrinə münasibət bildirərkən deyib.MMP sədrinin sözlərinə görə, bu gün Azərbaycanda olan müəyyən kütlələr, qüvvələr maraqları daxilində istər daxildə, istərsə də xaricdə təşkilatlar yaradırlar və fikirlər irəli sürürlər: "Təbii ki, bütün bunların hamısı Azərbaycan uğrunda aparılan mübarizədir. Təsəvvür edin ki, hər bir təşkilat müstəqil yaranıb və kimsə onu müstəqil şəkildə idarə edir. Bu, yanlış bir fikirdir və dünya tarixində görünməmiş bir işdir. Düşünürəm ki, Abbas Abbaslı orada təşkilat yaradıbsa və ölkəmizin gələcəyi naminə xeyirxah iş görürsə, bunu sadəcə olaraq alqışlamaq lazımdır".H. Hacıyev hesab edir ki, bu insanlar fikirləşməlidir ki, Azərbaycan dövlətinin önünə kimlərinsə diqtəsi ilə gəlib nəsə etmək mümkün deyil: "Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu barədə öz fikirlərini bildirib. Hər halda düşünmürəm ki, Abbas Abbaslı Azərbaycanın əleyhinə olub kimlərinsə qrupuna daxil olub ölkəmizə qarşı nəsə etsin. Bu mənim üçün inandırıcı deyil. Amma digər tərəfdən çox narahatam. Çünki, onlar təcrübəsiz insanlardır və 3-5 qəpik ciblərində pulları var. İndi də elə bilirlər dünya onlarındır. Hətta dövlət başçısı belə bir fikir bildirmişdir ki, "pulla siyasət həll olunmur, siyasət tamam başqa şeydir. Siyasətdə əqidə, təmizlik, milləti və vətəni sevmək dayanır". Bu mənada hesab etmirəm ki, onlar hansısa gücə malik olsunlar".
sia.az