PDF Oxu

Müxalifət

  • 27

Partiya sədri: “Qafqaz regionunda proseslərin inkişafı daha çox Rusiyadan asılıdır”

Partiya sədri: “Qafqaz regionunda proseslərin inkişafı daha çox Rusiyadan asılıdır”

"Qafqaz regionunda proseslərin inkişafı daha çox Rusiyadan asılıdır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.BAXCP sədri deyib: "Ancaq bu gün Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunduğu üçün vəziyyət gərgindir. Rusiya iqtisadiyyatı daha çox neftdən asılı olduğu üçün güclü inflyasiya gedir. Əgər neftin qiyməti aşağı düşməkdə davam edərsə və ABŞ bu siyasətini davam edərsə, Rusiyada daha ciddi və xoşagəlməz hadisələr baş verə bilər. Hətta bu ölkədə yeni inqilabların baş verməsi də mümkündür".Partiya sədri deyib ki, bununla belə Dağlıq Qarabağın işğaldan azad olması daha çox Rusiyadan asılıdır: "Ancaq burada ABŞ faktoru, həmçinin Qərbin və Avropa Birliyinin hansısa rolları var. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya və ABŞ arasında müəyyən razılaşdırılmış siyasətin olduğu açıq görünür. Vaşinqton bu gün çalışır ki, bölgəni məhz Rusiyanın əli ilə Ermənistana versin və beləliklə də, Rusiya ilə Azərbaycanı əbədi düşmən etsin. ABŞ bununla da Dağlıq Qarabağın tamamilə Ermənistana verilməsini istəyir. Kremldə də bunu başa düşdükləri üçün, Cənubi Osetiya və Abxaziya kimi bu bölgənin də müstəqilliyini tanımır. Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayaraq, bu problemi birdəfəlik həll edib-etməməyi isə Rusiyanın daxilində baş verən siyasətindən asılıdır".

Millət vəkili qeyd edib ki, rəsmi Bakı Moskva ilə daha sıx və intensiv danışıqlar aparmalıdır: "Rusiyanın ölkəmizdəki bəzi maraqları da təmin edilməlidir ki, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilək".Q. Həsənquliyev qeyd edib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlar daha çox beynəlxalq proseslərin necə inkişaf etməsindən asılıdır".

sia.az

Digər xəbərlər