PDF Oxu

Müxalifət

  • 19

Elşən Musayev: “Bizim Rusiyaya yaxınlaşmağımız ciddi müzakirələrə yol açıb" AÇIQLAMA

Elşən Musayev: “Bizim Rusiyaya yaxınlaşmağımız ciddi müzakirələrə yol açıb" AÇIQLAMA

Hesab edirəm ki, Gürcüstanın keçmiş baş naziri xristian amilini Ermənistanla paylaşsa da, Mixail Sakaşvilinin dövründən etibarən bütün hallarda Gürcüstan Azərbaycanın yanındadır". Bunu SİA-ya politoloq Elşən Musayev Gürcüstanın keçmiş baş naziri Tengiz Siquanın Dağlıq Qarabağda müharibə başlayarsa Rusiya Gürcüstandan icazə almadan belə quru yolu vasitəsilə öz qoşunlarını Ermənistana göndərəcəyinə dair bəyanatına münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, hər halda Qafqaz dövlətinin ikinci şəxsinin belə bir bəyanatda bulunması onu deməyə əsas verir ki, artıq bu da bir həmrəylik əlamətidir: "Rusiya tək Dağlıq Qarabağ münaqişəsi ətrafında düşünmür. Rəsmi Moskvanın düşündüyü artıq həm güc, həm də Azərbaycan dövlətinin qüdrəti və nüfuzudur. Rusiya gördüki bütün layihələr, böyük işlər, qüdrət artıq Qafqazda Azərbaycanın əlində cəmləşib. Belə bir tərəfdaşı, mütəffiqi təbii ki, Dağlıq Qarabağ münaqişəsi fonunda itirməyə dəyməz. Hesab edirəm ki, bu quru qoşunlar bütün hallarda Ermənistana yeridilməli, DQ azad olunmalı, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın maraqları bu kontekstdə təmin olunmalıdır. Təbii ki, mən bu proseslərə tam real baxıram. Düşünürəm ki, quru qoşunlar nəinki Ermənistana yeridilməli hətta bu reallığa çevrilməlidir".E. Musayev hesab edir ki, ümumiyyətlə son beynəlxalq ziddiyyətlərin fonunda bizim Rusiyaya yaxınlaşmağımız ciddi müzakirələrə yol açıb: "Bunların fonunda Dağlıq Qarabağ müzakirələrinin də ortalığa çıxması Azərbaycanın lehinə olan ehtimalların artması onu deməyə əsas verir ki, tezliklə sözügedən münaqişə ilə bağlı beynəlxalq ictmaiyyət bir qərara gələcək. Biz hər zaman demişik ki, bu kartların, münaqişənin və problemin həllində Rusiya faktoru həmişə önəmli rol oynayıb. Ən azından qonşuluq münasibətində Rusiyanın nüfuzu və qüdrəti fonunda bu məsələni dəyərləndirmək olar. Nəzərə alsaq ki, DQ danışıqlarının əksəriyyəti də Rusiyanın birbaşa təşkilatçılığı ilə həyata keçirilir. Həm də onlar maraqlıdır ki, Qafqazda bu problemlər öz həllini tapsın. Hesab edirəm ki, Gürcüstan, Ermənistan bir tərəfdən, beynəlxalq ictimaiyyət isə digər tərəfdən sözügedən məsələnin çözülməsində maraqlı olacaq. Ola bilər ki, ABŞ sırf öz maraqları konktekstində buna əngəl törətsin. Amma bütün hallarda quru qoşunlar da Ermənistana yeridiləcək və Azərbaycanın topraqları da azad oluanacaq. Azərbaycanın gücü, qüdrəti onu deməyə əsas verir ki, tez bir zamanda DQ münaqişəsinin həlli baş tutacaq".

sia.az

Digər xəbərlər