PDF Oxu

Müxalifət

  • 44

Zahid Oruc: “Vətəndaş o partiyalara investisiya qoymaq istəmir” AÇIQLAMA

Zahid Oruc: “Vətəndaş o partiyalara investisiya qoymaq istəmir” AÇIQLAMA

"Ümumiyyətlə müxalifətin pulu yoxdur və bu, real bir faktdır". Bunu SİA-ya millət vəkili Zahid Oruc müxalifətin hələ də 2014-cü ilin maliyyə hesabatını verməməsinə və bunun arxasında dayanan qaranlıq məqamlara münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, vaxtilə müxalifətə göstərilən müxtəlif dolayı yardımların böyük əksəriyyəti kəsilib: "Onsuzda müxalifət ideya cazibədarlıqlarını itiriblər və platformaları vətəndaş üçün heç bir önəm daşımır. Beləcə müxalifətin siyasi gələcəyinə hər hansı bir ümid yoxdur. Əgər xatırlasanız görərsiniz ki, onların vaxtilə keçirdikləri aksiyalar belə hansısa vəsaitlərin gücü ilə reallaşırdı. Bu da əksər hallarda müxalifətin çevrəsində qərarlaşmış QHT sektorunun hesabına baş verirdi. Yəni, xarici donor mənbələr vəsaitləri o qurumlara köçürürdülər və onlarda yaxın olduqları partiyaların rəhbərləri ilə həmin vəsaiti bölüşürdülər. İndi bu imkanların böyük bir hissəsi tükənib və büdcədən maliyyələşməyən müxalif qüvvələrin hamısı çox acınacaqlı bir vəziyyətdədir. Şübhəsiz ki, minimum səviyyədə xərclər var. Bu da yəqin ki, keçmiş dövrdə hansısa obyektlərin, əmlakın və yaxud əlaqələrin qurulması hesabına əldə olunan minimal yardımlardır. Heç şübhəsiz ki, bununla bağlı da hesabat olunmalıdır.Z.Oruc hesab edir ki, hər hansı bir təşkilat mühasibatlıq sənədlərini sıfır variantında təqdim edirsə, bu açıq şəkildə vətəndaşa da hörmətsizlikdir: "Müxalif qüvvələrin büdcəsi 100.000-i ötmür. Əslində bunun özü bir göstəricidir ki, vətəndaş o partiyalara investisiya qoymaq istəmir. Çünki, o, öz taleyini orada görmür. 2013-cü ilin oktyabrında ölkəmizdə keçirilən prezident seçkiləri zamanı "Milli Şura"nın sədri Cəmil Həsənlinin açdığı seçki hesabına cəmi 6 min manata yaxın vəsait yığılmışdı. Hətta onlar bildirmişdilər ki, hər vətəndaş onlara 1 manat kömək etsin. İnsanlar hətta bu qədər cuzi bir məbləği onların gələcəyin, hakimiyyət uğrunda mübarizəsinə yönəltməyi düşünmür və bunun özü də mühüm bir nəticə çıxarmağa imkan verir".

sia.az

Digər xəbərlər