PDF Oxu

Müxalifət

  • 50

Arif Hacılı Qubad İbadoğlunu ittiham etdi QALMAQAL

Arif Hacılı Qubad İbadoğlunu ittiham etdi QALMAQAL

"Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu"

"Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı". SİA xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın sabiq başqanının müavini, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradan Qubad İbadoğlunu ittiham edərkən deyib.

Arif Hacılı Qubad İbadoğlunun heç vaxt lider keyfiyyətlərinə malik olmadlığını xatırladaraq deyib ki, indi o, yalnız Müsavat əleyhinə fəaliyyət göstərən qrupun liderinə çevrilib: "Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampanniyanın lideri olmamışdı. Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu.Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi".

sia.az

Digər xəbərlər