PDF Oxu

Müxalifət

  • 45

Müxalifətin birlik şousuna son qoyulur

Müxalifətin birlik şousuna son qoyulur

Tahir Kərimli: "Əgər onlarda siyasi mədəniyyət olsa, siyasi arenanı tərk edərlər"

Bu gün müxalifət partiya rəhbərlərinin əsas fəaliyyətləri qeyri-ciddi ideya və təkliflərlə çıxış etməkdən ibarədir. Bu isə özlərini ucuz reklam etməyə hesablanıb. Amma görünən odur ki, cəmiyyət müxalifətin arzu etdiklərinə əhəmiyyətsiz yanaşır. Vəhdət partiyasının sədri Tahir Kərimlinin sözlərinə görə, müxalifətin dağıdıcı qanadının müxtəlif adlar altında şoular qurmaq istəyi onların tükəndiyinin sübutu sayılır: "Düzdür, müxalifət müxtəlif adlar altında şoular qurmaqla bir müddət gündəmdə qalmağa can atır. Onların da bu cür əməllərə əl atmaları cəmiyyət tərəfindən çox mənfi qarşılanır. Əgər onlarda siyasi mədəniyyət olsa, siyasi arenanı tərk edərlər. Bu mədəniyyət isə onlarda yoxdur. Bu gün ölkədə fəaliyyət göstərən müxalifət qüvvələri çox gözəl dərk edirlər ki, onlar artıq tükəniblər".

Partiya sədri onu da bildirdi ki, müxalifət ölkə daxilində ictimai-siyasi proseslərə təsir edə biləcək qüvvədə deyil: "Hər zaman, müxalifət mühüm əhəmiyyətli tədbirlər zamanı ölkədə qarışıqlıq yaratmağa cəhd göstərmək istəyirlər. Yəni müxalifət qüvvələrinin ölkəmizdə mühüm tədbirlər keçirilən zamanı bir çox xoşagəlməz əməllərə əl atmaq istəyi diqqəti özlərinə cəlb etməklə öz varlıqlarını sübut etməkdən irəli gəlir. Demək olar ki, müxalifət qüvvələri bu cür hərəkətləri ilə özləri-özlərini siyasi arenadan silir. Bu baxımdan, bu kimi qüvvələr gündəmdə qalmaq üçün çox müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışırlar. Amma hər zaman olduğu kimi, bu dəfə də müxalifət qüvvələrinin bütün arzu və istəkləri daş kimi ürəklərində qalacaqdır. Çünki həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, onlar ölkədə nə isə xoşagəlməz hadisələri yarada bilsin. Bir sözlə, müxalifət qüvvələrinin heç bir resursu yoxdur. Adıçəkilən qüvvələr cəmiyyətə heç bir yeni təşəbbüslər vermək gücündə deyillər. Eyni zamanda, bu kimi qüvvələr cəmiyyət tərəfindən heç bir siyası dəstəyə malik deyillər".

GÜLYANƏ

Digər xəbərlər