PDF Oxu

Müxalifət

  • 42

Niyaməddin Orduxanlı: “Belə bir göstəriş gəlsə, seçki bloku yaradacaqlar” AÇIQLAMA

Niyaməddin Orduxanlı: “Belə bir göstəriş gəlsə, seçki bloku yaradacaqlar” AÇIQLAMA

"Azərbaycanda Parlament seçkiləri noyabr ayında keçiriləcək. Hələ kifayət qədər vaxt var". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı müxalifətin birliyi yaradılması ideyasına AXCP və Müsavatın qoşulmamasına münasibət bildirərkən deyib.Sədr müavininin sözlərinə görə, indidən adı çəkilən təşkilatların bloklara qoşulmamasının əsas səbəbi həm də beynəlxalq təşkilatlardan gələn göstərişlə bağlıdır: "Belə bir göstəriş gəlsə, dərhal birgə seçki bloku yaradacaqlar. Necə ki bunu əvvəlki parlament seçkilərində ediblər. Bu göstəriş olmasa, ayrı-ayrılıqda seçkiyə qatılacaqlar və ya öz ətraflarında bir papkası olan partiyalarla blok görüntüsü yaradıb seçkiyə qatılacaqlar. Bütün hallarda bu partiyaların seçkidə ciddi uğur qazanma ehtimalı yoxdur. İndiyə kimi hər iki təşkilatdan xeyli sayda insan istefa verib. Demək olar ki, bu istefalar tez-tez baş verir. Bu təşkilatların cəmiyyətdə ciddi sosial bazaları da yoxdur".

sia.az

Digər xəbərlər