PDF Oxu

Müxalifət

  • 36

Müsavatçı qadın partiya rəhbərliyini yıxıb-sürüdü

Müsavatçı qadın partiya rəhbərliyini yıxıb-sürüdü

Novella Cəfəroğlu: "Bizi Müsavatdan çıxarsalar..."

Qubad İbadoğlunun partiyadan xaric edilməsindən sonra Müsavat partiyasında soyuq savaş yeni bir dönəmə qədər qoyub. Belə ki, əgər Q.İbadoğlu partiyadan çıxarılmamışdan öncə Müsavat faktiki olaraq iki yerə bölünmüşdüsə, hazırda bu partiya bir neçə hissəyə parçalanıb. Q.İbadoğlunun partiyadan uzaqlaşdırılmasından sonra bir qrup müsavatçı İsa Qəmbər və Arif Hacılının ünvanına sərt ittihamlar səsləndirib. Məsələn, Səidə Qocamanlı və Novella Cəfəroğlu bildiriblər ki, Müsavatı parçalayan hazırda bu partiyaya rəhbərlik edən şəxslərdir. Onlar partiya rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldıqlarını deyərək Türkiyədə fəaliyyət göstərən Müsavat partiyasına üzv olacaqlarını bildiriblər. Göründüyü kimi, Müsavat partiyasında tamamilə anormal və anlaşılmayan olaylar baş verir.

N.Cəfəroğlu bildirib ki, Q.İbadoğlunu Müsavat partiyasının üzvü kimi müdafiə eləmişəm. Mən tənqidçi mövqe tutanların hamısının partiyadan uzaqlaşdırılmasını düzgün saymıram. İndi kim partiya rəhbərliyini tənqid etsə, bu, o demək deyil ki, həmin şəxs partiyadan qovulmalıdır. Müxalifət partiyası gücünü öz üzvlərinə yox, iqtidara göstərməlidir. Müxalifət partiyası öz üzvlərini sıradan çıxarmamalıdır, partiya müəssisə deyil ki, direktor pis işləyən işçini işdən çıxarsın. Nə təhər olur, Ramis Yunus Amerikada bura "Səidə Qocamanlı ilə Novella Cəfəroğlunu Müsavatdan iti qovan kimi qovmaq lazımdır" deyir, heç onun məsələsini müzakirəyə çıxarmırlar? Müsavat partiyasının içərisində də neçə nəfər ona qoşulub bizə ağır sözlər dedilər. Ancaq rəhbərlik səviyyəsində buna etiraz edən olmadı, heç onları tənbeh edən olmadı... "

N.Cəfəroğlu söylədiyi fikirlərə görə Müsavat rəhbərliyi tərəfindən ona edilən təzyiqlərə görə bundan sonra atacağı addım haqqında da danışıb: "Səidə Qocamanlı ilə düşünmüşük ki, bizi Müsavat partiyasından çıxarsalar Ankaraya - Cəmil Ünalın yanına gedib deyək bizi əski Müsavata üzv qəbul eləsin. Bizi partiyadan çıxararlar, biz də olarıq Ankara mühacirət müxalifətinin üzvləri. Əlacımız nədir?"

Xatırladaq ki, Q.İbadoğlunun Arif Hacılı "90-cı illərdən qalma"adlandırmasından sonra vəziyyət daha da qəlizləşib: "O, klassik üslubuna bir daha sadiqliq nümayiş etdirib, pafos və böhtan dolu bir yazını "bizim missiyamız" adı altında günüzünə çıxarıb və elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb. Bu irin-qan yığnağı Müsavatın missiyası ola bilməz, bu sizin "qəzəb gəldi, ədəb getdi" missiyanızdır. Bu missiyanın isə Müsavata dəxli yoxdur".

Samir

Digər xəbərlər