"Müsavatda parçalanma yox, atomlara bölünmə prosesi gedir". BunuSİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.E. Mirzəbəyli xatırladıb ki, Müsavat Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra İsa Qəmbərin öz resurslarından istifadə edərək, mənsub olduğu təşkilatı parçalayaraq yaratdığı partiyadır: "İsa Qəmbər AXC üzvü kimi hakimiyyətə gələrək Milli Məclisin sədri olmuşdu. Ancaq hakimiyyətdə olarkən, özünün də təmsil olunduğu təşkilatı parçalayaraq öz partiyasını yaratdı. O zaman, onun yaxın ətrafı da bu prosesdə iştirak etdilər. İndi hadisələr geriyə qayıdır. Eyni proseslər baş verir"."Ana Torpaq Partiyası, həmin dövrdə mövcud olan Doğru Yol Partiyası və.s partiyalar İsa Qəmbər və ətrafı vasitəsi ilə yaradılmış peyk partiyalar idi. İndi həmin peyk partiyalar öz orbitlərindən qaçmaq istəyirlər" - deyə, BAXCP rəsmisi qeyd edib.
sia.az