"Ermənistan prezidenti Serj Sarkisyanın erməni-türk protokolunun geri çağırılması barədə Ermənistan parlamentinin sədrinə məktubla müraciət etməsi heç şübhəsiz ki, onun türk-erməni münasibətlərinin sağlamlaşmasında maraqlı olmadığından xəbər verir". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.Fond rəhbərinin sözlərinə görə, bununla belə Ermənistanın daxilində vəziyyət çox gərginləşib: "Mütəmadi olaraq işğalçı ölkədə mitinqlər və kütləvi aksiyalar davam edir. Həmçinin İrəvanda iqtisadi vəziyyət getdikcə daha da pisləşməkdədir. Təbii ki, istər siyasi, istər sosial vəziyyət onu ölkə daxilində müəyyən hallara sürükləyir. Bu, daha çox daxildəki vəziyyətə hesablanmış bir məsələdir. Nəzərə alsaq ki, burada bir qədər də populizm var. Bildiyiniz kimi, işğalçı ölkə qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşır. Ümumiyyətlə Sarkisyan nəyisə müstəqil həll etmək iqtidarında deyil. Onlar daha çox diqtə ilə hərəkət edirlər. Ermənistan dövlət olaraq kimi heç vaxt oturuşmadı. Bu dövlət kimlərdənsə asılı bir ölkə olaraq fəaliyyət göstərir".
sia.az