"Hörmətləri yoxdur"
"Nizamnaməni pozanlar bu cür açıqlama verənlərdir və ilk cəzanı da Nizamnaməyə zidd bəyanatla çıxış edənlərə vermək lazımdır". SİAxəbər verir ki, bu barədə sabiq müsavatçı, ADR Hərəkatının təşkilat komitəsinin üzvü Səxavət Əlisoy sosial şəbəkə vasitəsilə Müsavat rəsmilərinin partiyada təmsil olunan müsavatçıların ADR-in təşkilatlanması prosesindəki iştiraklarının Nizamnamə pozuntusu kimi qəbul edilməsinə münasibətini bildirərkən deyib.
Səxavət Əlisoy sözlərini belə əsaslandırıb ki, bu açıqlamalar nəinki Müsavat Partiyasının Nizamnaməsinə, ən əsası Azərbaycan qanunvericiliyinə və insanların fundamental azadlığına ziddir: "Onlar bilməlidirlər ki, istənilən şəxs azad şəkildə ictimai təşkilatlarda birləşə və fəaliyyət göstərə bilər. Bu, hər bir vətəndaşın fundamental hüquqlarından biri olan birləşmək hüququdur. Bu dəyərlərə hörməti olmayan adamların siyasi fəaliyyətlə məşğul olması partiyadakı vəziyyəti aydın göstərir".
sia.az