PDF Oxu

Müxalifət

  • 40

Sabiq müsavatçı kimləri TƏHQİR ETDİ?

Sabiq müsavatçı kimləri TƏHQİR ETDİ?

"Eşşəkdən adam olar, bunlardan yox"

"Bu gündən özümə söz verdim ki, daha "müxalifətçilərin", "müsavatçıların", ələkrəmçilərin, sadvalçıların, seperatçı etnik mənsubların yazdıqlarına reaksiya bildirib əsəbləşməyəcəm". SİA xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının keçmiş fəalı Kamil Xəlilbəyli sosial şəbəkədəki hesabında qeyd edib.

Sabiq müsavatçı hazırkı partiya rəhbərliyi də daxil olmaqla, digər qrupları da təhqir atəşinə tutub: "Gördüyüm qədəri ilə, eşşəkdən adam olar, bunlardan yox. Ona görə nə danışsaq da, hər şey boşdur bunlar üçün".

Kamil Xəlilbəyli ittiham etdiyi tərəfləri "kölə" adlandıraraq sonda qeyd edib: "Bunlar bir kərə köləliyə öyrəşmiş insanlardır. Alışmış isə qudurmuşdan betərdir".

sia.az

Digər xəbərlər