PDF Oxu

Müxalifət

  • 38

Müsavatda təmizlənmə, yoxsa çirkaba batma

Müsavatda təmizlənmə, yoxsa çirkaba batma

\r\n

\r\n

\r\n Partiyada toplum narazılar dalğası genişlənir

\r\n

\r\n

\r\n

\r\n Müsavatdaxili hadisələrin çərçivədən çıxaraq get-gedə artması, söz atışmalarının isə tənqidlərdən uzaqlaşaraq, təhqirlər istiqamətində inkişaf etməsini müşahidə etmək elə də çətin məsələ deyil. \"Partiyanın qaymaqları\" adlandırılan bir qrup insanın deyil, artıq bir toplumu əks etdirən şəxslərin oradan uzaqlaşdırılması isə həmin vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Ən maraqlısı da budur ki, hər iki tərəf məhz ittiham edir. Arif Hacılı və onun yaxınları narazıları, narazıların lideri Qubad İbadoğlu isə qarşı tərəfi ağ yuyub, qara sərməkdədir. Bir də həqiqət naminə deməliyik ki, hələ partiyanın qurultayından öncə başqanlığa namizədliklərini irəli sürənlər sırasında ən layiqlisi məhz Qubad İbadoğlu görünürdü. Çünki onun hazırkı başqan Arif Hacılıdan, eləcə də sabiq partiya rəhbəri İsa Qəmbərdən fərqli olaraq, müxtəlif məsələlərə müəyyən münasibətlər bildirməsində qatı radikalizm və meydançılıq şüuru və təfəkkürü olmayıb.

\r\n

\r\n

\r\n

\r\n Yeni başqan İsa Qəmbərin yeni plagiatıdır

\r\n

\r\n

\r\n

\r\n Müsavatın başıbəlalı qurultayında yeni seçilən Arif Hacılı ötən 6 ay ərzində fəaliyyət göstərməsinə baxmayaraq, hələ də meydançılıq şüurundan çıxa bilmir və bunu onun ətrafında olanlar da təsdiq edirlər. Bildirirlər ki, Arif Hacılının fəaliyyəti ilə İsa Qəmbərin fəaliyyətində heç bir yenilik yoxdur, daha dəqiq desək, Hacılı sabiq başqanın plagiatıdır. Bir-birindən fərlqənməyən açıqlamalar, bəyanatlar məhz İsa Qəmbərin vaxtilə verdiyi açıqlama və bəyanatlardan qətiyyən fərqlənmir. Buna isə media dili ilə desək, plagiatlıq deyilir. Bu gün Qubad İbadoğlunu eyni ittihamda - \"konstruktivlikdə\" suçlayan Arif Hacılı qruplaşması, sadəcə, bir məsələni unudur. Əslində, Qubad İbadoğlu konstruktiv mövqe tutmur. O, həm Müsavat daxilinə, həm də ümummüxalifət düşərgəsinə daha çox yeni müxalifətçilik gətirmək istəyən şəxs kimi tanınır. Lakin A.Hacılı İ.Qəmbərin plagiatı olması adını üstündən atmaq üçün çıxış yolunu Q.İbadoğlu kimi konstruktiv mövqedə olanları Müsavatdan uzaqlaşdırmaqda görür. Daha dəqiq desək, A.Hacılı Müsavatda bir növ \"təmizlənmə\" siyasəti aparmaqla elə zənn edir ki, partiyada qayda-qanun yaradır, ancaq bilmir ki, \"qaş düzəltdiyi yerdə, vurub gözünü də çıxarır\".

\r\n

\r\n

\r\n

\r\n Qubad İbadoğlu: \"Arif Hacılı şər, böhtan, nifrət, irin və çirkab...\"

\r\n

\r\n

\r\n

\r\n Başqanlığa keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu Arif Hacılının keçmiş Müsavat başqanı İsa Qəmbərin yolunu getməklə yanaşı onun kimi böhtanlı, qərəzli yazılardan əl çəkmədiyini bildirib: \"Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqlik nümayiş etdirib, pafos və böhtan dolu bir yazını \"bizim missiyamız\" adı altında gün üzünə çıxarıb, elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Ancaq A.Hacılı həmin yazıları yüz dəfə də oxusa, həqiqəti görə bilməyəcək... Çünki sizin missiya adlandırdığınız 4 min 500 işarəlik yazınız birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur. Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi!\".

\r\n

\r\n Q.İbadoğlu onu da bildirib ki, nizam-intizam nədir bilməyən özündə olmayanı tələb edir: \"Elə buna görə də partiya daxilində intizamsızlar - Arif Hacılı və onun qardaşları qalıb. Bir də bu gün partiyada baş verənlər Müsavatda partiyadaxili demokratiyanın olmamasının göstəricisidir. Onlar hələ də başa düşmürlər ki, sıravi üzvlərsiz rəhbərlik heç kimə lazım olmayacaq\".

\r\n

\r\n Göründüyü kimi, qarşıdurmanın əsas tərəfləri Qubad İbadoğlu-Arif Hacılı cütlüyü olsa da, partiya narazılıq dalğasından yaxa qurtara bilmir.

\r\n

\r\n

\r\n

\r\n Rəfiqə HÜSEYNOVA

\r\n

\r\n

\r\n

Digər xəbərlər