PDF Oxu

Müxalifət

  • 33

Razi Nurullayev mətbuat konfransı keçirdi

Razi Nurullayev mətbuat konfransı keçirdi

"AXCP sədri Əli Kərimli qadın müşavirini porno-kasetlə şantaj edib"

AXCP sədri Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev partiyadan istefa verməsi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib.

R.Nurullayev AXCP daxilində baş verənlər hadisələr haqqında danışaraq Əli Kərimlinin cəbhəçiləri şantaj etdiyini bildirib: "AXCP sədri Ə.Kərimli qadın müşavirini porno-kasetlə şantaj etmişdi. Ə.Kərimli Zərifə Məhəddinovanı müşavirlikdən kənarlaşdırandan sonra ona qarşı çirkin ittihamlar səsləndirmişdi. Bundan sonra Ə.Kərimli onu yanına çağıraraq şantaj edib. Özü şantaja məruz qalmış adamın belə davranması yolverilməzdir".

R.Nurullayev Ə.Kərimlinin partiyada gənclərlə olan münasibətlərindən də danışaraq qeyd edib ki, Ə.Kərimli gəncləşmə siyasətini uşaqlarla aparır: "Çünki yaşlı nəslin artıq gözləri açılıb. Amma bu, o demək deyil ki, illərini partiyaya verən yaşlı nəsl ancaq Ə.Kərimlinin şəkillərini, statuslarını paylaşan gənc nəslə qurban verəcək. Yaşlı nəsildən kim onun hər hansı bir fikrinə qarşı çıxırsa, o da həmin şəxsi şantaj edərək partiyadan kənarlaşdırır. Elə mənim özümü də. Bundan sonra da sosial şəbəkələrdə əleyhimizə təhqir dolu ittihamlar səsləndirilir. Uzun müddət partiyada fəaliyyət göstərən yaşlı insanlar sıxışdırılır, çünki onlar daha çox şey tələb edirlər. Ona görə də, anlaqsız vəziyyətində olan gəncləri partiyaya cəlb edirlər: "AXCP-nin Suraxanı rayon təşkilatının sədri Vaqif bəyi uzaqlaşdırıb, yerinə Bəhruz Həsənlini gətirib. Sonradan isə qərar verib, narazılıq olmasın deyə əvvəlki vəziyyəti bərpa etməyə çalışıb. Partiya iclaslarında rəhbərlik tərəfindən daha çox "facebook" sosial şəbəkəsindəki bəyənmələrin sayı müzakirə edilirdi. Bir partiya belə xırda işlərlə məşğul olmamalıdır".

R.Nurullayev qeyd edib ki, AXCP-nin rəyasət heyətinin iclasları daha çox "facebook" fəaliyyəti ilə bağlı müzakirələrə həsr olunurdu: "İclaslar 4 saata qədər davam edirdi. Əvvəldə və sonda bir saat Əli Kərimli danışırdı. Bu iclaslardakı müzakirələrin 80%-i isə "facebook"da "like"-lərin müzakirəsinə gedirdi. Vicdanlı cəbhəçilər isə böyük bir partiyanın belə xırdalığa getməyinə etiraz edirdi. Bəzilərinin 1 il bundan əvvəl 110 saxta profili var idi. Həmin adam rəyasət heyətinin üzvü idi. "Facebook"un qaydaları sərtləşəndən sonra onların yarıdan çoxu bağlandı".

R.Nurullayev AXCP-nin mətbu orqanı olan "Azadlıq" qəzetinin vəziyyətindən də danışaraq vurğulayıb ki, bütün cəbhəçilərdən bu qəzetə abunə olmaq tələb olunurdu: "Cəbhəçiləri məcbur edirlər ki, bu qəzetə abunə olsunlar. Partiyanın 70 rayon təşkilatı hər ay külli miqdarda pul yığaraq Əli Kərimliyə göndərirlər. Ancaq nəzərə almaq lazımdır ki, bu insanların çoxu işsizdir. Ə.Kərimli isə onların cibinə girir. Qəzeti yaşatmaq üçün pul yığan rayon şöbələri, onu yaşatmağa çalışan şəxslər haqqında həmin qəzetdə bir dəfə də olsun məlumat getməyib. Heç bir rayon təşkilatı sədrinin orada müsahibəsi dərc olunmayıb. Mən özüm də bu qəzetə abunəyəm və abunəçilikdən imtina etmək fikrim yoxdur. Amma qəzetin fəaliyyəti yalnız partiyanın birinci şəxsinin təbliğinə yönəlib. Gənc cəbhəçilər Əli Kərimlinin bəlağətli fikrindən təsirlənə bilər, amma köhnə cəbhəçilər orada nə baş verdiyini anlayır. Köhnə cəbhəçilər onun təlimatlarına tabe olmaq istəmir".

Keçmiş cəbhəçi Ə.Kərimlinin onu partiyadan uzaqlaşdırmasının təfsilatını da açıqlayıb: "Məni yanına çağırdı. Dedi ki, Böyük Britaniya və ABŞ səfirlikləri sənin səsini dinləyib, özünü izləyiblər. Sən hakimiyyətə işləyirsən. İndi həmin səfirliklər aydınlıq gətisinlər ki, onlar məni nə üçün dinləyiblər? Ə.Kərili kimdir ki, səfirliklər ona hesabat verirlər? Ümumiyyətlə, səfirliklərin işi-gücü bundan ibarətdirmi?"

R.Nurullayev Ə.Kərimliyə mesaj da yolladı: "Ə.Kərimli məndən yaxasını qurtara bilməyəcək. O, məni yox, mən onu gərginlikdə saxlayacam. Mən AXCP-yə gələnə qədər onlarla ölkənin nazirilə, bir prezidentlə tanış idim, beynəlxalq əlaqələrim var idi, o isə mənə azad fəaliyyətə imkan vermirdi. Bəlkə də indiyə qədər o, mənə rus, ingilis və fransız dillərindən tərcümələr edən şəxs kimi baxırdı".

O, "Milli Şura" üzvlərinə də müraciət edib: "Orada çox hörmət etdiyim insanlar və ziyalılar var. Əgər onlar bu gün Ə.Kərimlinin iradəsindən kənar söz deyərsə, həmin adam vurulacaq. Hətta Ə.Kərimlinin sevmədiyi adamın yasına belə getsələr, onlar "Mili Şura"dan qovulacaq. O adamlar gərək bu məsələyə etiraz etsinlər. Bu, Ə.Kərimli üçün adi hal ola bilər, amma abırına qısınmış adamlar gərək bunu qəbul etməsinlər".

Samir

Digər xəbərlər