"Adətən seçkilər ərəfəsində bəzi müxalifət partiyaları birlik yaratmaq ənənəsindən çıxış edirlər". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, ötən illər ərzində bir neçə dəfə birliklər yaradılıb. Bu birliklərdən biri də elə hazırda adı hallanan Milli Şuradır: "Ancaq bu birliklər heç bir zaman uğur əldə edə bilməyiblər. Bu birliklərin davamlı olmamasının səbəbi isə artıq hər kəsə aydındır. Çünki bu partiyaların liderlərinin ambissiyaları hər zaman müəyyən nöqtələrdə toqquşur. Onlar heç vaxt bir-birilərinə güzəştə getmirlər və nəticədə yaradılan birliklər dağılır. Milli Birlik hərəkatının sədri Lalə Şövkətin də birlik yaratmaq istəyi mənim fikrimcə baş tutmayacaq. Çünki artıq müxalifəti birləşdirə biləcək, insanları öz arxalarınca apara biləcək karizmatik lider mövcud deyil. Bu faktorların ümumilikdə məcmusu onu deməyə əsas verir ki, müxalifətin yeni birlik yaratmaq istəyi baş tutmayacaq".
sia.az