PDF Oxu

Müxalifət

  • 41

Qaçılmaz istefalar

Qaçılmaz istefalar

Süquta uğrayan "Milli Şura" son dövrünü yaşayır

"Əslində yarandığı gündən "Milli Şura" adlanan qondarma qurum çoxdan süquta uğrayıb. Artıq qurumun əksər təsisçiləri də antimilli layihədən imtina ediblər. İndi "Milli Şura"dan yadigar qalan sadəcə quru addır ki, buna da ənənəsinə uyğun olaraq Əli Kərimli sahiblənib". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli "Milli Şura"da baş verən istefalara münasibət bildirərkən deyib.

E.Mirzəbəyli onu da vurğulayıb ki, ölü adlara, üzvsüz təşkilatlara yiyələnmək AXCP sədri Ə.Kərimlinin köhnə adətidir: "Demkonqres" adlanan bir qurum vardı. Ə.Kərimli İsa Qəmbərlə ənənəvi savaşına görə bu qurumdan ayrılıb öz "Demkonqres"ini yaratdı. Sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının adına sahibləndi. Halbuki AXCP üzvlərinin mütləq əksəriyyəti bu gün BAXCP-də və digər partiyalarda təmsil olunurlar. Ona görə də bu adamda ad və təşkilat oğurlamaq xəstəliyi var. Bu təxminən banka oğurluğa gələn adamın son nəticədə oradan boş seyflə çıxmasına bənzəyir".

O, həmçinin qeyd edib ki, Ə.Kərimli ilə Cəmil Həsənlinin tərəfdarlarının son mitinqi isə "Milli Şura"nın ölümünün xatirə gecəsi idi: "5-10 nəfər gəlib başsağlığı verib getdi. Fatihəni də "İŞİD" bayrağı qaldıranlar verdilər".

Razi Nurullayev: "Milli Şura"ya daxil olan hər bir insan Əli Kərimlinin xüsusi filtrindən keçməlidir"

Bir həftə öncə AXCP-nin sədr müavinliyindən istefa verən "Milli Şura"nın üzvü Razi Nurullayev AXCP-nin təzyiqi ilə bu qurumdan da çıxarılacağını gözlədiyini bildirib: "Belə bir addımın atılması gözləniləndir. Mən heç bir zaman müxalifət düşərgəsindlə yaradılan koalisiyaların, birliklərin müstəqil və neytral olduğu düşüncəsində olmamışam. Bu gün də beləyəm. "Milli Şura"da da Ə.Kərimlinin təsir imkanları mövcuddur və bu quruma daxil olan hər bir insan AXCP sədrinin xüsusi filtirindən keçməlidir. Müstəqil fikirli insanları, Ə.Kərimlinin siyasətini tənqid edən insanları isə qəbul etmirlər. Ona görə ki, bu gün onlar hər hansı fikir bildirsələr, Ə.Kərimlinin ətrafı tərəfindən vətən xaini elan olunacaqlar. Çünki o insanlar Ə.Kərimlinin inhisarında deyillər".

Yeganə Hacıyeva: "Əli Kərimli bir əldə iki qarpız tutur"

Bu günlərdə "Milli Şura"nın koordinasiya mərkəzinin sabiq üzvü Yeganə Hacıyeva bu qurumda fəaliyyətini dayandırması ilə bağlı açıqlamasında bildirib ki, əgər uzun müddət bu qurumda bir nəticə yoxdursa, prosesi dəyərləndirmək lazımdır, harada düz, harada səhv etdiyini anlamalısan. Buna görə də reallıqları nəzərə alıb, ən optimal variantı seçmək lazımdır".

Y.Hacıyeva həmfikirlilərinin sözləri ilə şərik olduğunu, Ə.Kərimlinin bir əldə iki qarpız tutduğunu bildirib.

Ü.ƏSGƏROV

Digər xəbərlər