PDF Oxu

Müxalifət

  • 31

BAXCP rəsmisi Azərbaycan KİV-lərinə səsləndi AÇIQLAMA

BAXCP rəsmisi Azərbaycan KİV-lərinə səsləndi AÇIQLAMA

"Ümumiyyətlə bu yeni bir hadisə, yanaşma deyil. Avropanın bu və ya digər qeyri-hökumət təşkilatları (QHT), siyasətçiləri ölkəmizdə hər hansı bir müsbət hadisə baş verərsə, o dəqiqə öz səsləri, jurnalları vasitəsilə və s. işə düşməyə başlayırlar". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov "Human Rights Watch" təşkilatının bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməsinə münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, Azərbaycanda olan kiçik bir qrup isə sözügedən təşkilatların diqtəsi, pulu ilə hərəkət edirlər: "Azərbaycan kimi müstəqil dövlətə qarşı QHT-lərin, Qərb dövlətlərinin hər hansı bir addımı ölkəmiz üçün o qədər də qorxulu deyil. Bu sadəcə olaraq "könül" bulandırır. Amma Azərbaycanda yaşayan, onun suyunu içən, çörəyini yeyən və nəsli, kökü bu torpağa bağlı olan şəxslərin ölkəmizdə keçirilən hansısa beynəlxalq tədbirə qarşı olmaları çox müəmmalıdır.V. Abışov bildirib ki, Azərbaycanın sosial-iqtisadi vəziyyəti, Neft-qaz kəmərlərinin çəkilişi ilə bağlı uğurları və bunun beynəlxalq təşkilat tərəfindən müsbət qiymətləndirilməsi "Human Rights Watch" və bu kimi təşkilatlar tərəfindən həzm edilmir: "Mən bir vətəndaş, elm adamı kimi sözügedən təşkilatların əməllərini pisləyirəm. Hesab edirəm ki, Azərbaycan KİV-ləri vasitəsilə onların cavabı verilməlidir. Bu gün Azərbaycan dünya dövlətləri səviyyəsində dayanmaqdadır. Ümumiyyətlə zaman-zaman ölkəmizin "ayağının altı"nı qazanlar olub".

sia.az

Digər xəbərlər