Bəyim Həsənlinin atası bir yaşlı qadının evinin əlindən alınması üçün qurulmuş fırıldaqda iştirak edib
Radikallığı daha çox seçilən cəbhəçi gənc Bəyim Həsənlinin atası bir yaşlı qadının evinin əlindən alınması üçün qurulmuş fırıldaqda iştirak edib.
Belə ki, Bakı şəhəri, B.Məcidov küçəsi, ev 73 ünvanında yaşayan Babayeva Telli Əli qızının Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova yazdığı ərizədə deyilir ki, Nəsimi rayonu 41 saylı MKİS-in sədri olmuş Abbasov Əbülfət Əsgər oğlu tərəfindən verilmiş saxta arayışa əsasən ona miras qalmış ev əlindən alınır: "41 saylı MKİS-in keçmiş rəisi Abbasov Əbülfət Əsgər oğlunun həmin qanunsuz arayışları verməkdə məqsədi mənim mülkiyyətimi ələ keçirmək olub. Belə olmasaydı, Abbasov Əbülfət mülkiyyətimi faktiki olaraq ələ keçirdikdən sonra formal olaraq 2014-cü ildə mənzili qudası Həsənov İsrafil Soltan oğluna satmazdı".
Adı fırıldaqda hallanan Həsənov İsrafil saxta sənədi verən keçmiş JEK sədri Əbülfət Abbasovun qudası, eyni zamanda cəbhəçi fəal, mitinqlərin qətnaməsini oxuyan Bəyim Həsənlinin atasıdır. Yəni B.Həsənlinin atası İsrafıl Həsənov qudası Əbülfət Ababsovla əlbir olaraq qanunsuz şəkildə vətəndaşın evini ələ keçiriblər.
Telli Babayeva daha sonra ərizəsində yazır: "Abbasov Əbülfət əvvəlcədən cinayətkar dəstə yaratmaqla, məni mülkiyyət hüququmdan məhrum edib. Bu tamah məqsədi ilə olan cinayətə o, qudası Həsənov İsrafil Soltan oğlu (qeydiyyat ünvanı: Xırdalan şəhəri, Abşeron, ev 22, mənzil 28) və Sevil Seyidzadəni də (qeydiyyat ünvanı: Bakı şəhəri, Z.Əliyeva küçəsi, ev 26, mənzil 94) cəlb edib".
Xatırladaq ki, B.Həsənlini AXCP-yə Əbülfəz Qurbanlı gətirib. Bundan sonra onların arasında isti münasibətlər yaranıb. Nəticədə Əbüfləz Qurbanlı ailəsindən boşanıb və o, uzun müddətdir ki, B.Həsənli ilə qeyri-rəsmi nikahda yaşayır.
Samir