"Mən "Azadlıq-2015" seçki blokunun tədbirində iştirak etmək üçün İsa Qəmbəri də, Əli Kərimlini də, Cəmil Həsənlini də, Arif Hacılını da dəvət etmişdim. Ancaq onlar gəlmədilər. Belə bir vəziyyətdə hansı birlikdən söhbət gedə bilər?" Bu fikirləri "Azadlıq-2015" seçki blokunun keçirdiyi tədbirdə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib.Müsavat və AXCP rəhbərliyindən tədbirdə heç kimin iştirak etməməsinə görə böyük təəssüf hissi keçirdiyini deyən P. Hüseyn əlavə edib ki, xalq müxalifətə inanmır: "Açıq danışmaq lazımdır. Biz hələ də bir yerə yığışa bilmirik".P. Hüseynin çıxışından sonra KXCP sədri Mirmahmud Mirəlioğlu Müsavat və AXCP rəhbərliyinin tədbirə gəlməməsinə ritorik halda münasibət bildirərək, çıxış üçün növbəti şəxsə söz verib.
sia.az