PDF Oxu

Müxalifət

  • 32

Vaqif Abışov: “İsa Qəmbər əlinin altında elə adamlar yetişdirib ki,...” AÇIQLAMA

Vaqif Abışov: “İsa Qəmbər əlinin altında elə adamlar yetişdirib ki,...” AÇIQLAMA

"Hesab edirəm ki, Müsavat partiyasının avtoritar qaydada idarə olunması məsələsi birinci dəfə deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov Qubad İbadoğlunun Müsavat partiyasının İsa Qəmbər tərəfindən avtoritar qaydada idarə olunması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, Müsavat həmişə İsa Qəmbərin nəzarəti altında olub: "Hətta İ.Qəmbər əlinin altında elə adamlar yetişdirib ki, haçansa özü oradan uzaqlaşdırılanda onu müdafiə edən, diqtəsinə işləyən şəxslər olsun. Heç şübhəsiz ki, Arif Hacılı da bu kimi insanlardan biridir. Mən A.Hacılını hələ Zaqatala televiziya və radiosunun redaksiyasında işləyəndən bəri tanıyıram. Sadəcə olaraq Müsavat daxilində avtoritar "hakimiyyət" yaradılıb. Buna görə də bir çox şəxslər oradan uzaqlaşıblar. Bu gün Müsavat partiyasının dərdinə yanan, onun yaşamasını istəyən şəxslər orada yoxdular. Hesab edirəm ki, sonrakı dönəmlərdə bu, sözgüdən partiyanın tamamilə parçalanmasına gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər