PDF Oxu

Müxalifət

  • 35

Qubad İbadoğlu niyə həbs olunmur?

Qubad İbadoğlu niyə həbs olunmur?

Yaxud Müsavata qoyulan ADR diaqnozu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun müxalifətçiliyin radikal idarəçilikdən konstruktiv, yaxud sivil idarəçilik formasına keçid etməsi və bu müstəvidə iqtidara qarşı opponentlik mövqeyi sərgiləməsi nədənsə onun vaxtilə təmsil olunduğu və başqan müavini postunda fəaliyyət göstərdiyi Müsavat partiyasında bir sıra suallar doğurub.

Ən azından ADR hərəkatı təsis olunmaz, Qubad İbadoğlu isə Müsavat partiyasının İsa Qəmbərdən sonrakı başqanı olardı

Doğrulan sualların birincisi isə budur: Bəs Qubad İbadoğlu niyə həbs olunmur? Bu sualı elə həmin partiyanın MNTK sədri Sevinc Hüseynova qarşı tərəfə, yəni Qubad İbadoğlu tərəfdarlarına ünvanlayıb. Ancaq həmin sualı ünvanlamamışdan öncə dönərək, ötən ilin sentyabrında təmsil olunduğu partiyasının keçirdiyi saxta qurultaya bir daha nəzər salmayıb. Əgər nəzər salsaydı və hadisələrə doğru qiymət verməyi bacarsaydı, ən azından ADR hərəkatı təsis olunmaz, Qubad İbadoğlu isə Müsavat partiyasının İsa Qəmbərdən sonrakı başqanı olardı. Görünür, Sevinc Hüseynova da əslində reallıqları bildiyi halda, məcburi şəkildə, zorən Arif Hacılının başqanlığını "dəstəkləyib". Yəni İsa Qəmbərin dediyi ilə oturub-durmağa məcbur olub. İndi də istər-istəməz Qubad İbadoğlunun nəyə görə həbs olunmaması sualını verir. Özü də Xədicə İsmayılla və İntiqam Əliyevlə müqayisə edə-edə.

Burada sadəcə ədalətli mövqe ortaya qoyulub

Maraqlıdır deyilmi? Maraqlıdır ona görə ki, Xədicə İsmayıl xarici kəşfiyyat orqanlarına işlədiyinə, xarici ölkələrdə Azərbaycan əleyhinə təşikil olunan tədbirlərdə erməni lobbisinin təlimatlarını canla-başla yerinə yetirdiyinə, Leyla Yunusun bilavasitə erməni xüsusi xidmət orqanlarına işlədiyini bilə-bilə, onu müdafiə edərək, özünün də ermənilərlə iş birliyində olmasına görə həbs olunub.

Eyni zamanda, o da maraqlıdır ki, İntiqam Əliyev də bu və ya digər şəkildə Leyla Yunusun duzağına düşüb, ermənilərlə iş birliyinə getdiyinə görə qanun qarşısında cavab verəcəyi halda, Qubad İbadoğlu hansı əməlinə görə həbs olunmalıdır ki? Yox, biz burada heç də Qubad İbadoğlunun müdafiəsinə-filanına qalxmamışıq. Bəri başdan onu da deyək ki, sabah Müsavat rəsmiləri, yaxud da AXCP rəhbərliyi "SƏS" qəzeti Qubad İbadoğlunu müdafiə edir" tipli başlıqlar yazarkən, nə qədər səhv etdiklərinin fərqinə varsınlar. Burada sadəcə ədalətli mövqe ortaya qoyulub. Yəni Xədicə İsmayılın, Leyla Yunusun və İntiqam Əliyevin nəyə görə həbs olunmaları bəllidir. Ancaq Qubad İbadoğlunun həbs olunmasına hər hansı bir səbəb də yoxdur axı!

Yəqin o da görünür ki, ADR sədrinin ABŞ-da çoxmüddəlit səfərdə olması bunları qıcıqlandırıb. Çünki ABŞ-da Qubad İbadoğlunun ölkə müxalifətçiliyinə yeni nəfəs gətirəcəyi də istisna oluna bilməz. Normal, sivil, radikallıqdan seyil, hadisələrə doğru qiymət vermək tərəfindən çıxış edən siyasətçinin həbs olunmasını tələb etmək isə məntiqsiz bir sual, ya da iddiadır.

Yeddi ay ömrü qalan Müsavat

Bu arada ADR hərəkatının daha bir funksioneri, həm də İsa Qəmbərin sabiq müşaviri olmuş Hüseyn Məlik Müsavatın nə qədər ömrü qaldığının diaqnozunu qoyub. Onun dediyinə görə, artıq bu partiyanın hay-hayı gedib, vay-vayı qalıb. Sitat: "Müsavat partiyasının əzəmətindən əsər-əlamət qalmayıb. Bunu ictimaiyyət də bilir, Mustafa Hacıbəylinin təqdim etdiyi siyahı əsasında 27 nəfərlik məclisin formalaşdırılması Müsavat dəyərlərinin alt-üst edilməsi anlamına gəldi. Müsavat partiyasının 7-8 ay ömrü qalıb. Onlar hələ ki, ADR-ə qarşı kampaniya aparmaqla gündəmdə qalmağa çalışırlar. Müsavat partiyası başqadır, müsavatçılıq başqa. Mən hələ də partiyada qalan əsl müsavatçılara görə narahatam".

Bax, əsas məsələ də budur. Əsas məsələ budur ki, Müsavat rəhbərliyi hazırda partiyadaxili böhrandan sığortalanmaq, məhv olmaqdan qurtulmaq üçün çıxış yolları axtarmaq yerinə, özünü daha çətin vəziyyətə doğru sürükləyir. Məsələ ondadır ki, Müsavat "Milli Şura"nın martın 15-də və aprelin 5-də keçirdiyi uğursuz mitinqindən sonra, guya həmin qurumu üstələyə biləcək "möhtəşəm" etiraz aksiyası keçirəcəkmiş. Ancaq görünən budur ki, aprelin 19-da keçirilməsi planlaşdırılan mitinqin də "Milli Şura"nın mitinqi kimi zəif və ölgün şəkildə baş tutacaq. Bunu da biz demirik, məhz Müsavat daxilində fəaliyyət göstərmiş sabiq müsavatçı Hüseyn Məlik deyir. Ondan daha bir sitat: "Bilirsiniz ki, "Milli Şura" artıq bir neçə dəfə mitinq keçirib. İndi Müsavat partiyası proseslərdən kənarda qalmamaq üçün belə bir addım atıb...Hesab edin ki, o mitinq heç keçirilməyib. Partiyanın hazırkı rəhbərliyi də yaxşı başa düşür ki, mitinq keçirmək gücündə deyillər. ADR üzvü olan müsavatçılar orada olmayacaqlar. Müsavatın keçirəcəyi mitinqə nə müxalifətdə, nə də cəmiyyətdə hec bir maraq yoxdur".

Vəssəlam! Hə, sonda onu da qeyd edək ki, bu gün Qubad İbadoğlunun nəyə görə həbs olunmamasını soruşanlara, yaxud da onun həbsini istəyənlərə də yaxşı cavab verilib. Yəni ADR sədrinin həbsini istəyənlərə elə ADR-dəncə "işverən" damğası vurulub. Əslində, radikal təmayüllü siyasi təşkilatların işverənlik taktikası birinci hal deyil. Bir kəs özünü "lezvalayırsa", demək, işverənlik də edə bilər. Vəssəlam!

Rövşən RƏSULOV

Digər xəbərlər