PDF Oxu

Müxalifət

  • 14

Müxalifət partiyaları niyə hesabat vermirlər?

Müxalifət partiyaları niyə hesabat vermirlər?

"Bizim heç kimə hesabat vermək fikrimiz yoxdur"

"Siyasi Partiyalar Haqqında" qanuna görə siyasi qurumlar hər il maliyyə hesabatı verməlidirlər. Cəmiyyətin müəyyən bir qismini özündə birləşdirən hər hansı bir partiyanın təkcə maliyyə hesabatı deyil, eləcə də görülmüş işlər haqqında hesabat verməsi mənəvi borcdur. Bu, həm də insanlar qarşısında məsuliyyət daşımaqdır. Təəssüf ki, Azərbaycanda Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi partiya maliyyə hesabatı vermir. Bəs görəsən, qanuna məhəl qoymayan, öz maliyyə mənbələrini cəmiyyətdən gizli saxlayan, illik hesabatlarla çıxış etməyən siyasi partiyaların rəhbərləri özləri bu haqda nə fikirləşirlər?

Şübhəsiz ki, AXCP və Müsavat partiyasının fəaliyyətləri kölgəli, milli maraqlarımızın əleyhinə fəaliyyət göstərən xarici dairələrdən aldıqları qrantlardan asılı olduğuna görə onlar hər hansı bir hesabat vermək haqqında belə düşünmürlər. Müxtəlif dönəmlərdə Əli Kərimli və İsa Qəmbər öz partiyadaşlarının qarşısında çıxış edərək heç bir hesabat verməyəcəklərini bəyan ediblər. Sonuncu dəfə Müsavat başqanı Arif Hacılının "biz heç kimə hesabat vermək məcburiyyətində deyilik" deməsi sübut elədi ki, bu qurum təkcə qanunlara deyil, elə öz üzvlərinə qarşı da hörmətsizlik edir. Lap tutaq ki, maliyyə mənbəyin yoxdur. O zaman partiya sədri hansı pulla özünə mühafizəçilər tutub? O zaman partiyanın maliyyə cədvəli nə üçün mövcuddur? Məsələ bundadır ki, sədr, müavinlər və digər səalhiyyətli şəxslərə maaş verirsizniz? Bunun hesabatını vermək lazımdır. Ən azından üzvlük haqlarının hansı məqsədlə istifadə olunduğunu öz üzvlərin qarşısında aydınlıq gətirməlisən.

Bu vaxta qədər nə üçün hesabat vermədiklərinə aydınlıq gətirmək üçün partiyalarla əlaqə saxladıq. AXCP və Müsavatdan ənənəvi cavabı aldıq: "Biz heç kimə hesabat verməyə borclu deyilik. Bizim maliyyəmiz yoxdur. Bu bizim daxili işimizdir". Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan açıqlamasında bildirdi ki, heç bir hesabatla çıxış etməyəcəklər: "Bizim bu və ya digər formada hər hansısa bir fəaliyyətimiz yoxdur". Fəaliyyət yoxdursa, o zaman ALP sədri statusunu daşımaq hansı məqsədə xidmət edir? Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu il hesabatla çıxış edəcəklərini bildirib. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də hesabat vermək fikrinin olmadığını qeyd etdi. "Ümid" partiyası suallarımızı cavabsız qoydu".

Samir

Digər xəbərlər